Rəhman və Rəhim olan Allahın adı ilə


«118. Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır.»



Yüklə 3,81 Mb.
səhifə507/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   503   504   505   506   507   508   509   510   ...   532
«118. Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır.» Onlar buna layiqdirlər. «Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz Qüvvət sahibi, Hikmət sahibisən”»

Məsələnin (118-ci ayədə) deyilən şərt ilə Allahın istəyinə buraxılması bunun baş verəcəyini bildirmir. Ona görə son sözünü "Sən bağışlayan və rəhm edənsən!" – sözləri ilə deyil, «Sən yenilməz Qüvvət sahibi, Hikmət sahibisən!» – sözləri ilə bitirmişdir.

Təfsir kitabında İmam Əhmədin Əbu Zərdən  belə rəvayət etdiyini demişik: "Bir gecə Peyğəmbər  səhərə qədər bu müqəddəs ayəni oxudu. «Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz Qüvvət sahibi, Hikmət sahibisən.»" Sonra Peyğəmbər  dedi: "Mən ümmətim üçün Rəbbimdən şəfaət istədim və onu mənə verdi. Həmin şəfaətə Allaha heç bir şeyi şərik qoşmayanlar nail olacaqlar."538

Uca Allah buyurur: «16. Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq. 17. Əgər Biz (Özümüzə) əyləncə etmək (arvad-uşaq düzəltmək) istəsəydik, onu mütləq Öz dərgahımızdan (mələklərdən, hurilərdən) edərdik. Lakin Biz (bunu) etmədik. (Çünki Allaha, insanlardan fərqli olaraq, əylənmək, Özünə övlad götürmək, yaxud kimisə Özünə yoldaş etmək yaraşmaz). 18. Xeyr, Biz batili haqla (küfrü imanla) rədd edərik (haqqı batilin üstünə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza! 19. Göylərdə və yerdə olan (bütün) məxluqat Onundur (Allahın qüdrət əsəridir). Onun dərgahında olanlar (rütbə və şərəf etibarilə Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər. 20. Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şəninə təriflər deyərlər.» (əl-Ənbiya: 16-20).

Uca Allah digər ayədə buyurur: «4. Əgər Allah özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini (özü də ən mükəmməlini) seçərdi. O, pakdır, müqəddəsdir! (Allaha övlad götürmək yaraşmaz. Bütün kainat Allahın qüdrət əsəri ola-ola Onun övlada nə ehtiyacı vardır?!) O, bir olan, (hər şeyi) qəhr edən (hər şeyə gücü yetən) Allahdır! 5. (Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O, günəşi və ayı ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək (Qiyamət gününə qədər) hərəkət edər. Agah olun ki, O, yenilməz Qüvvət sahibidir, (günahları) çox bağışlayandır!» (əz-Zumər: 4-5).

Başqa ayədə Uca Allah belə buyurur: «81. (Ey Peyğəmbər!) De: “Əgər Rəhmanın övladı olsa, (ona) ibadət edənlərin birincisi mən olaram!! 82. Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!”» (əz-Zuxruf: 81-82).

Uca Rəbbimiz digər ayədə buyurur: «111. Və de: “Özünə heç bir övlad götürməyən, mülkündə (səltənətində) heç bir şəriki olmayan, zəif (aciz) olmadığı üçün (Ona kömək edəcək) heç bir dosta (hamiyə də) ehtiyacı olmayan Allaha həmd olsun!” Və Allahı (layiqincə) uca tut! (Allahı bütün eyib və nöqsanlardan uzaq bilib təqdis et, şəninə təriflər de!)» (əl-İsra: 111).

Başqa surədə isə belə deyilir: «1. (Ey Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); 2. Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) 3. O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) 4. Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”» (əl-İxlas surəsi).

Buxarinin "əs-Səhih" əsərində Peyğəmbərin  Qüdsi hədisdə belə dediyi rəvayət olunur: "Adəm övladı Məni söyür, amma bu ona yaraşmaz. O, Mənim oğlumun olduğunu iddia edir. Mən heç nəyə möhtacı olmayan "Tək"əm, nə doğmamışam, nə də doğulmamışam, Mənim tayım-bərabərim də yoxdur."539

Yenə Buxarinin "əs-Səhih" əsərində Peyğəmbərin  belə dediyi rəvayət olunur: "Heç kəs eşitdiyi əziyyətə qarşı, Allah qədər səbirli ola bilməz. Onlar Ona övlad nisbət edir, O isə onlara ruzi və sağlamlıq bəxş edir."540

"Əs-Səhih" kitabında digər hədisdə Peyğəmbər  buyurur: "Uca Allah zalıma möhlət verər. Cəzalandırmağa qərar verdikdə isə onu rahat buraxmaz." Sonra bu ayəni oxudu: «102. Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şıddətlidir!» (Hud: 102).541

Uca Allahın bu ayəsi də bu mənadadır: «48. Neçə-neçə məmləkətə (məmləkət əhlinə) zülm etdikləri (kafir olduqları) halda möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir!» (əl-Həcc: 48).

Uca Allah digər ayədə buyurur: «24. Biz onlara bir qədər gün-güzəran (bir az dünya malı) verəcək, sonra da (axirətdə) ağır bir əzaba düçar edəcəyik!» (Loğman: 24).

Uca Allah başqa ayələrdə buyurur: «69. (Ey Rəsulum!) De: “Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar!” 70. (Onlar üçün) dünyada bir qədər dolanacaq, mənfəət vardır. Sonra hüzurumuza qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq!» (Yunus: 69-70).




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   503   504   505   506   507   508   509   510   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin