DÖRD KİTABIN NAZİL OLMASI Təfsir kitabımızda Uca Allahın: «...Quran ramazan ayında nazil edilmişdir...» (əl-Bəqərə: 185) – ayəsini açıqlayarkən bu haqda rəvayət olunan hədisləri qeyd etmişik. Hədislərin birində deyilir ki, "İncil"in İsayanazil edilməsi Ramazan ayında baş vermişdir.
İSA HAQQINDA DEYİLƏNLƏR Uca Allah buyurur:
110. (Ey Rəsulum!) Xatırla ki, o gün (Qiyamət günü) Allah (İsaya) belə buyuracaq: “Ey Məryəm oğlu İsa! Sənə və anana verdiyim nemətimi yadına sal! O zaman səni müqəddəs Ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən (onların bəlasını)səndən dəf etmişdim (səni öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”