Rəhman və Rəhim olan Allahın adı ilə


Xatırla ki, o zaman həvarilərə



Yüklə 3,81 Mb.
səhifə510/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   506   507   508   509   510   511   512   513   ...   532
111. Xatırla ki, o zaman həvarilərə (İsa­nın on iki əshabəsinə): “Mənə və pey­ğəm­bərimə iman gətirin!” – deyə əmr et­mişdim. Onlar isə: “Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olma­ğı­mı­za şahid ol!” – deyə cavab vermişdilər. (əl-Maidə: 110-111).

Uca Allah bəxş etdiyi nemətlərini İsaya xatırladır. Onu atası olmadan təkcə anasından yaratmış, onu möcüzə və kamil qüdrətinin nümunəsi etmiş, sonra isə onu peyğəmbər etmişdir.



«...və anana verdiyim nemətimi yadına sal!» Bu əzəmətli neməti (İsa kimi övladı) bəxş etmək üçün onu seçdim, onun cahillərin ittihamlarından pak olduğunu sübuta yetirdim. «O zaman səni müqəddəs Ruhla qüvvətləndirmişdim.» Müqəddəs Ruh Cəbraildir. Cəbrail ruhu anasına üfürmüş, peyğəmbərliyi dövründə ona dayaq olmuş və iman gətirməyənlərin ona əziyyət vermələrinə imkan verməmişdir. «Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın.» Körpə olandan bəri həm beşikdə, həm də yetkin yaşında insanları Allahın yoluna dəvət edirsən. «Sənə kitabı (yazıb-oxumağı), hikməti,» yazmağı və başa düşməyi, «Tövratı və İncili öyrətmişdim.»

«O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu.» Mənim əmrimlə palçıqdan quşa bənzər sima düzəldir, sonra mənim əmrim və icazəm ilə ona üfürürdün, o da quş olurdu. Uca Allah bütün bunların Özünün əmri və izni ilə baş verdiyini xatırladır ki, şübhəyə yer qalmasın. «Sən Mənim iznimlə anadangəlmə kora» bəzi sələflər deyirlər ki, bu növ insanlar anadangəlmə kor doğulur və heç bir həkim onları sağalda bilmir. «və cüzamlı xəstəyə şəfa verir» Belə ki, o zaman bu xəstəliyin müalicəsi yox idi. «və Mənim iznimlə ölüləri dirildirdin.» Qəbirlərindən diri çıxarırdın. «Mənim iznimlə» sözünün dəfələrlə təkrar edilməsi bunların çox baş verməsinə dəlalət edir.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   506   507   508   509   510   511   512   513   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin