Rəhman və Rəhim olan Allahın adı ilə


Ey iman gətirənlər! Sizə elə bir ticarət



Yüklə 3,81 Mb.
səhifə513/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   509   510   511   512   513   514   515   516   ...   532
10. Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?

11. (O qazanc yolu budur:) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yo­lun­da malınız və canınızla vuruşasınız (ci­had edəsiniz). Bilsəniz, bu sizin üçün nə qə­dər xeyirlidir!

12. (Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gö­zəl saraylara daxil edər. Bu, böyük qurtu­luş­dur (uğurdur)!

13. (Sizi hələ) sevdiyiniz başqa bir şey (bir nemət) də – Allah dərgahından kömək və yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ey Peyğəmbər!) Möminlərə (dünyada zəfərlə, axirətdə Cənnətlə) müjdə ver!

14. Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolun­da mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğul­larından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.» (əs-Saff: 6-14).

İsa İsrail oğullarından olan sonuncu peyğəmbərdir. O, camaata vəz edib özündən sonra gələcək peyğəmbər barədə müjdə vermişdi. Onun adını deyib vəsfini söyləmişdi ki, əgər onun gəlişini görsələr onu tanıyıb itaət etsinlər. Bu onlara çatdırılacaq hüccət (tutarlı dəlil) və Allahın lütfü idi.

Uca Allah buyurur:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   509   510   511   512   513   514   515   516   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin