Mələk dedi: "Sən ömrünün bu hissəsini oğlun Davuda vermədinmi?!"
Adəm bunu (unutduğu üçün) inkar etdi, nəsli də inkar edən oldu. Adəm unutdu, nəsli də unutqan oldu".43
Əbu Dərda t Peyğəmbərin r belə dediyini rəvayət edir: "Allah Adəmi yaradanda onun sağ çiyninə vurdu və ləl-cəvahirat kimi ağ nəsil çıxardı. Sonra sol çiyninə vurub kömür kimi qara nəsil çıxardı. Sağ tərəfdəkilərə dedi: "Heç nəyə (etdiyiniz bəzi günahlara) baxmayaraq siz Cənnətliksiniz". Sol tərəfdəkilərə isə dedi: "Heç nəyə (etdiyiniz bəzi yaxşı işlərə) baxmayaraq siz Cəhənnəmliksiniz".44
Əbu Hureyrə t Peyğəmbərin r belə dediyini rəvayət edir: "Allah Adəmi yaratdıqda boyu altmış dirsək idi. Allah ona dedi: "Get və oradakı mələklərə salam ver və onların cavablarını dinlə. Bu, sənin və nəslinin salamıdır".
Dostları ilə paylaş: |