Rəhman və Rəhim olan Allahın adı ilə


Adəm də gedib "Əssələmu aleykum" – deyib salam verdi



Yüklə 3,81 Mb.
səhifə53/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   49   50   51   52   53   54   55   56   ...   532
Adəm də gedib "Əssələmu aleykum" – deyib salam verdi.

Mələklər onun dediyinə "və rəhmətullah" sözlərini əlavə edərək dedilər: "Əssələmu aleykə və rəhmətullah".

Cənnətə daxil olan hər kəs Adəmin surətində olacaqdır. Bu günə qədər insanların boyu qısalmaqda davam edir".45

Muslim ibn Yəsar əl-Cuhəni deyir ki, Ömər ibn Xəttab bu ayə haqqında soruşuldu: "Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər..." (əl-Əraf: 172). Ömər ibn Xəttab dedi: "Mən Peyğəmbərin bu ayə haqqında soruşulduğunu eşitmişdim. O belə cavab vermişdi: "Allah Adəmi yaradıb sağ əli ilə onun belinə məsh çəkdi və ondan bir nəsil çıxartdı və dedi: "Bunları Cənnət üçün yaratdım və onlar da Cənnət əhlinin əməlini edəcəklər". Sonra bir daha onun belinə əl çəkib digər bir nəsil çıxartdı və dedi: "Bunları isə Cəhənnəm üçün yaratdım və onlar da Cəhənnəm əhlinin əməlini edəcəklər".



Bu zaman bir kişi dedi: "Ey Allahın elçisi, elə isə əməl etmək nəyə lazım?"

Peyğəmbər r dedi: "Allah bir bəndəni Cənnət üçün yaratdıqda onu Cənnət əhlinin əməlini etməyə müvəffəq edər. O Cənnət əhlinin əməllərindən birini edəndə vəfat edər və Cənnətə daxil olar. Allah bir bəndəni Cəhənnəm üçün yaratdıqda onu Cəhənnəm əhlinin əməlini etməyə müvəffəq edər. Bəndə Cəhənnəm əhlinin əməlini edərkən öldükdə onunla Cəhənnəmə düşər".46
ƏHD ALMAQ VƏ TÖVHİD KƏLMƏSİNİ DEDİZDİRMƏK
Yuxarıda verilmiş hədislər Adəm nəslinin onun kürəyindən zərrə şəklində çıxarılıb iki dəstəyə bölünməsini bildirir. Onlar sağ və sol əməl sahibləridir. Uca Allah bu iki dəstəyə xitab edərək demişdir: "Heç nəyə (etdiyiniz bəzi günahlara) baxmayaraq siz Cənnətliksiniz. Sol tərəfdəkilərə isə dedi: Heç nəyə (etdiyiniz bəzi yaxşı işlərə) baxmayaraq siz Cəhənnəmliksiniz".47

Amma Uca Allahın bu insanlara şahid gətirməsi, onlardan Allahın təkliyini təsdiqləmələrini tələb etməsi səhih hədislərdə təsdiq edilməmişdir. Əraf surəsindəki ayəni də bu mənaya yozmaq müəmmalıdır. Təfsir kitabımızda bu ayə ətrafında danışmışıq. Orada bu məsələyə aid hədis və rəvayətləri sənəd və mətni ilə birlikdə qeyd etmişik. Kim araşdırma aparmaq istəyərsə ora müraciət edə bilər. Daha doğrusunu Allah bilir48.

İbn Abbas t Peyğəmbərin r belə dediyini rəvayət edir: "Allah Numan adlı yerdə (yəni, Ərəfada) Adəmin belindən əhd aldı. Onun belindən hər nəsili ayrı-ayrı çıxarıb arpa dənəsi kimi önünə səpdi və dedi: "Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxardıb onların özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. Qiyamət günü: “Biz bundan qafil idik”, yaxud: “Atalarımız daha əvvəl şərik qoşmuşdular, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər bizi batilə uyanların törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür". (əl-Əraf: 172–173)49

Bu rəvayət movquf və mərfu sənədlə rəvayət olunur. Mövquf sənəd daha səhihdir.50

Allahın Adəmin nəslindən əhd almasını deyən cumhur məsələni bu rəvayətlə əsaslandırmışlar. Ənəs ibn Malik Peyğəmbərin r belə dediyini rəvayət edir: "Qiyamət günü Cəhənnəm əhlindən olan insana deyiləcəkdir: Əgər əlində dünyadakı şeylərdən biri səndə olsaydı onu verib canını qurtarardınmı?" O isə belə deyəcək: "Bəli." Allah təalə isə ona deyəcək: "Mən səndən bundan daha asan bir şey istədim. Sən Adəmin belində olarkən Mənə heç bir şeyi şərik qoşmayacağın barədə səndən əhd aldım. Amma sən isə Mənə şərik qoşmaqda israr etdin."51


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin