Rəhman və Rəhim olan Allahın adı ilə


«Mən istəyirəm ki, sən mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!»



Yüklə 3,81 Mb.
səhifə58/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   54   55   56   57   58   59   60   61   ...   532
«Mən istəyirəm ki, sən mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!» (əl-Maidə: 29). Mən səndən daha güclü və qüvvətli olsam da səninlə döyüşmək niyyətim yoxdur. Əgər sən bu qərara gəlmisənsə o zaman «sən mənim də günahımı öz günahınla birlikdə üstünə götür...» Yəni mənim qətlimin günahını və əvvəlki günahlarını öz böynuna götür. Bu, Mücahidin, Suddinin, İbn Cəririn və bir çox alimlərin rəyidir.

Bu o demək deyil ki, öldürülənin günahları dərhal qatilin boynuna düşür. Bəzi insanlar məsələni belə başa düşürlər. İbn Cərir belə başa düşənlərə qarşı alimlərin yekdil rəyini əsas gətirmişdir.

Bəzi savadsız adamların Peyğəmbərin r adından rəvayət edirlər ki, "Qatil öldürülən üçün heç bir günah saxlamaz". Bu rəvayətin əsası yoxdur. Ümumiyyətlə hədis kitablarında nə səhih, nə həsən, nə də zəif sənədlə belə bir rəvayət yoxdur.55

Lakin bu hal Qiyamət günü bəzi insanların vəziyyətində baş verə bilər. Məsələn, öldürülən insan öz haqqını qatildən tələb etdikdə qatilin bu zülmü qarşılamaq üçün kifayət qədər savabı olmadıqda öldürülənin günahından qatilə yüklənəcəkdir. Başqa günahlarla da belə ediləcəyi barədə səhih sənədli hədislər vardır56. Qətl törətmək də günahların ən böyüyüdür. Daha doğrusunu Allah bilir.

Səəd ibn Əbu Vəqqas t Osman ibn Əffanın t fitnəsi zamanı deyirdi ki, mən Peyğəmbərin belə dediyinə şahidlik edirəm: "Bir zaman fitnə olacaq. O zaman oturan ayaq üstə olandan, ayaq üstə olan gəzəndən, gəzən isə qaçandan xeyirli olar". Orada olanlar dedilər: "Əgər bir nəfər evimə girib məni öldürmək istəyərsə nə edim?"

Peyğəmbər r dedi: "Sən Adəmin oğlu kimi ol!"57.

Huzeyfə ibn əl-Yəməndən t gələn mərfu sənədli rəvayətdə isə Peyğəmbərin r belə dediyi rəvayət olunur: "Sən Adəmin xeyirli oğlu kimi ol!"58.

Muslim, Əbu Davud, Tirmizi və İbn Macə eyni rəvayəti Əbu Zərdən nəql etmişlər.59

Adəmin xeyirsiz oğluna gəlincə İbn Məsud t Peyğəmbərin r belə dediyini rəvayət edir: "Zülm ilə qətlə yetirilən hər bir cana görə Adəmin oğluna bu qandan pay çatar. Çünki ilk dəfə qətli adət edən o olmuşdur".60

Dəməşq şəhərinin şimalında yerləşən Qasyon dağında "əd-Dəmm" adlı mağara vardır. Bu mağara Qabilin Habili qətlə yetirdiyi yer kimi məşhurlaşmışdır. İnsanlar bu məlumatı əhli-kitabdan əldə etmişlər. Bunun nə dərəcədə doğru olmasını Allah bilir.61

Uca Allah buyurur: «Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.» (əl-Maidə: 31).

Bəzi rəvayətlərə görə Qabil qardaşını qətlə yetirəndən sonra onu belində daşıyırdı. Bu əsnada Uca Allah bir-biri ilə döyüşən iki qarğa göndərdi. Onlardan biri digərini qətlə yetirdi. Sonra öldürdüyü qarğanı basdırmaq üçün torpağı eşdi. Ölmüş cəsədi sürüyüb çuxura atdı və basdırdı. Qabil qarğanın belə etdiyini görüb dedi: «Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.» (əl-Maidə: 27–31). Qabil də qarğanın etdiyi kimi çuxur qazıdı və qardaşının cəsədini basdırdı.

Deyilənə görə Qabil günahlarına, zülm etdiyinə, valideynlərinə və qardaşına qarşı həsəd apardığına görə qardaşını qətlə yetirən gün qisasa və təcili cəzaya məhkum edilmişdi.

Peyğəmbərdən r rəvayət olunan hədisdə deyilir: "Bu dünyada və axirətdə cəzalandırılmağa daha çox layiq görülən günahlar içində zülm etmək və qohumluq əlaqələrini kəsmək kimi böyük günah yoxdur"62.

Bundan sonra insanlar çoxaldı və yer üzünə dağıldılar. Bu haqda Uca Allah Öz kitabında belə deyir: «Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qa­dın­lar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən istədiyiniz Allah­dan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şüb­həsiz ki, Allah sizin üzərinizdə gözətçidir!» (ən-Nisa: 1).


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin