Dedim: "Ey Allahın elçisi! Onların neçəsi elçi idi".
O dedi: "Üç yüz on üçü. Bağışlanmış böyük bir dəstə!"
Dedim: "Ey Allahın elçisi! Onların birincisi kim idi?"
O dedi: "Adəm".
Dedim: "Ey Allahın elçisi! O elçi peyğəmbərlərdən idi?"
O dedi: "Bəli. Allah onu Öz əli ilə yaradıb ruhundan üfürdü və onu yaratdı".64
İki Səhih kitabda İsra hadisəsi haqqında danışılan hədisdə deyilir: "Peyğəmbər r dünya səmasında Adəm ilə qarşılaşdıqda Adəm ona demişdi: Əməlisaleh övladı və əməlisaleh peyğəmbəri xoş gördük!"