Peyğəmbər r deyir: "Onun sağında və solunda böyük dəstədə insanlar dayanmışdı. O, sağ tərəfinə baxdıqda gülür, sol tərəfinə baxdıqda isə ağlayırdı". Mən Cəbraildən: "Ey Cəbrail! Bu nədir belə?" – deyə soruşdum.
Cəbrail: "Bu Adəmdir. Bunlar isə övladlarının nəslidir. O, sağ tərəfindəkilərə (Cənnət əhlindən olanlara) baxdıqda gülür, sol tərəfindəkilərə (Cəhənnəm əhlindən olanlara) baxdıqda isə ağlayır"65. Hədisin mənası da elə budur.
Peyğəmbər r deyir: "Mən Yusufla qarşılaşdıqda gördüm ki, gözəlliyin yarısı ona verilmişdir"66. Bəzi alimlər Peyğəmbərin r bu sözü haqqında demişlər: Bu o deməkdir ki, Yusufa Adəmin gözəlliyinin yarısı verilmişdi. Bu daha münasib fikirdir. Çünki Uca Allah Adəmi Öz əli ilə yaradıb surət vermiş, ruhundan üfürmüşdür. Onun yaratdığı isə ən gözəl yaradılmış olmalıdır.
Abdullah ibn Amr t və Abdullah ibn Ömər t mövquf* və mərfu* sənədlə rəvayət edirlər ki, "Uca Allah Cənnəti yaratdıqda mələklər dedilər: "Ey Rəbbimiz! Bunu bizim üçün et. Adəm övladı üçün dünyanı yaratmısan67. Onlar da orada yeyir və içirlər". Uca Allah buyurdu: "İzzətim və cəlalıma and olsun! Öz əllərimlə yaratdığım bəndənin əməlisaleh nəslini, "Ol!" deməklə olan bir tayfaya bərabər tutmaram".68
Peyğəmbər r demişdir: "Allah Adəmi öz surətində yaratmışdır"69. İki səhih və digər hədis kitablarda rəvayət olunan bu hədis bir çox sənədlərlə rəvayət olunmuşdur.
Alimlər bu hədis barədə danışıb və bu hədisin açıqlamasında bir çox fikirlər irəli sürüblər. Bu məsələmizlə bağlı olmadığı üçün açıqlama vermirik. Daha doğrusunu Allah bilir.
Dostları ilə paylaş: |