Rəhman və Rəhim olan Allahın adı ilə


Mələklər dedilər: "Ey Adəm oğulları! Hara gedirsiniz? Nə axtarırsınız?"



Yüklə 3,81 Mb.
səhifə63/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   59   60   61   62   63   64   65   66   ...   532
Mələklər dedilər: "Ey Adəm oğulları! Hara gedirsiniz? Nə axtarırsınız?"

Adəm oğulları: "Atamız xəstədir. Ürəyi Cənnət meyvəsi istəyir".

Mələklər: "Geri qayıdın. Atanızın vaxtı qurtarıb".

Onlar geri qayıtdıqda Həvva mələkləri görüb tanıdı və Adəmə tərəf qaçdı.

Adəm dedi: "Məndən kənar dur. Onsuzda sənin vasitənlə aldadılmışam. Məni Rəbbimin mələkləri ilə tənha qoy".

Mələklər onun ruhunu çıxarıb yudular, kəfənlədilər, ətirlədilər, qəbirini ləhd formasında qazıdılar, cənazə namazını qıldılar və onu qəbirə endirib yerləşdirdilər və üzərini torpaqla örtdülər və dedilər: "Ey Adəm oğulları! Bu sizin sünnənizdir"."70

Ubey ibn Kəəbə qədər gedən sənəd səhihdir.

Adəmin harada basdırılması ixtilaflı məsələdir. Həvva isə Adəmdən sonra vəfat etmişdir.

Adəmin neçə il yaşaması da ixtilaflıdır. Amma İbn Abbasdan və Əbu Hureyrədən səhih sənədlə rəvayət olunan hədisdə deyilir ki, Lövhül-Məhfuzda Adəmin yaşı min il yazılıb.

Bu məlumat Adəmin Tövratda göstərilən doqquz yüz otuz yaşı ilə ziddiyət təşkil etmir. Əgər onların dedikləri Peyğəmbərimizin r səhih hədis ilə bizə söylədiyi məlumata ziddirsə bizə görə onların məlumatı qeyri məqbul sayılır. Eyni zamanda biz onların dedikləri ilə bu hədisdə deyiləni cəm edə bilərik. Əgər Tövratda deyilənlər doğrudan da təhrif edilməmiş məlumatdırsa, bu Adəmin Cənnətdən qovulduqdan sonra yer üzündə yaşadığı illərin sayıdır. Bu günəş təqvimi ilə doqquz yüz otuz, ay təqvimi ilə isə doqquz yüz əlli yeddi il edir. Yerdə qalan qırx üç il isə Adəmin Cənnətdə yaşadığı müddətdir. Bu açıqlama İbn Cərir və digər alimlərin fikridir. Beləliklə illərin toplamı min il edir.



 

 

İDRİS PEYĞƏMBƏR

Uca Allah buyurur:




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin