QURANİ-KƏRİMDƏ NUH PEYĞƏMBƏRİN HEKAYƏSİ
Uca Allah Qurani Kərimin bir çox ayələrində Nuh peyğəmbərin qissəsini, qövmünün etdiklərini, küfr edənlərin tufanla cəzalandırılmasını, iman edənlərin isə gəmi ilə xilas edilməsini bildirmişdir. Bu haqda əl-Əraf, Yunus, Hud, əl-Ənbiya, əl-Muminun, əş-Şuəra, əl-Ənkəbut, əs-Saffat, əl-Qəmər surələrində məlumatlar vardır. Onun haqqında Nuh adlı surə də nazil edilmişdir.
Uca Allah əl-Əraf surəsinin (59-64-cü) ayələrində deyir:
59. Biz Nuhu öz tayfasına göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”
60. Tayfasının başçıları ona! “Biz səni açıq-aydın azmış görürük!, – deyə cavab verdilər.
61. Nuh dedi: “Mən heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
62. Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan gələn vəhy ilə sizin bilmədiklərinizi bilirəm!
63. Allahdan qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?"
Dostları ilə paylaş: |