Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə69/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   65   66   67   68   69   70   71   72   ...   532
43. (Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruna bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir–birindən ayırdı və o da suda boğulanlardan oldu.

44. “Ey yer! Suyunu ud! Ey göy! Yağışını saxla!” – deyildi. Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv olsun!” – deyildi.

45. Nuh Rəbbinə müraciət edib dedi: “Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!”

46. (Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o pis bir iş görmüşdür. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”.

47. (Nuh) dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!”

48. (Sonra) belə deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan camaatdan törənəcək ümmətlərə Bizdən əmin-amanlıq və bərəkət bəxş edilməklə (gəmidən) en! Bəzi ümmətlərə də dolanışıq verəcək, sonra isə onları şiddətli bir əzaba düçar edəcəyik!”



49. Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et! Həqiqətən, gözəl aqibət müttəqilərin­dir!
Əl-Ənbiya surəsində deyilir:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin