36. (Lakin) Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”, – dedik.
37. (Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O, (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.
38. Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (Qiyamətdə) qəmgin olmazlar”.
39. Kafir olaraq ayələrimizi təkzib edənlər isə Cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar. (əl-Bəqərə: 30-39). Uca Allah başqa ayədə buyurur: