30. Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz imtahana çəkirik! (əl-Muminun: 23-30).
Əş-Şuəra surəsində deyilir:
105. Nuh tayfası peyğəmbərləri təkzib etdi.
106. O zaman ki, qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?
107. Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm!
108. Artıq Allahdan qorxun və mənə itaət edin!
109. Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
110. Artıq Allahdan qorxun və mənə itaət edin!”
111. Onlar: “Sənə ən rəzil adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər.
112. (Nuh) dedi: “Mən onların nə etdiklərini bilmirəm!
113. Əgər başa düşürsünüzsə, onların haqq-hesabı yalnız Rəbbimə aiddir!
114. Və mən iman gətirənləri qovan da deyiləm!
115. Mən yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
116. Onlar dedilər: “Ey Nuh! Əgər əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!”
Dostları ilə paylaş: |