80. Tayfası onunla mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla82, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?
81. Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir?
82. İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin–amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
83. Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.
84. Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.
85. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da. Onların hamısı əməlisalehlərdən idi.
86. Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunusu və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən üstün tutduq.
Dostları ilə paylaş: |