Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə9/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   5   6   7   8   9   10   11   12   ...   532
«Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ün­siy­­yət etmək (sakit, ra­hat olmaq) üçün özündən (qa­bır­ğa­sın­dan) zöv­cəsini (Həvvanı) yaradan Odur». (əl-Əraf: 189).
Uca Allah başqa ayədə buyurur:
«11. Sizi (babanız Adəmi) yaratdıq, son­ra sizə surət verdik və mələklərə: “Adə­mə səcdə edin!” – dedik. İblis­dən başqa ha­mı­sı səcdə etdi. O, səcdə edən­lərdən olmadı.

12. (Allah İblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə bu­yur­du. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.

13. (Allah) bu­yurdu: “Oradan (Cənnətdən) aşağı en! Orada sənə (Allahın əm­ri­nə) təkəbbür göstərmək yaramaz! (Oradan) çıx, çünki sən al­çaq­lar­dansan!”

14. (İblis) dedi: “Mənə Qiyamətə qədər möhlət ver!”

15. (Allah) buyurdu: “Sən möhlət veri­lənlərdənsən!”

16. (İblis) de­di: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çı­xart­dığın üçün mən də Sənin düz yolunun üstündə oturub insan­la­ra (Sənə ibadət və itaət etməyə) mane olacağam!

17. Sonra on­la­rın yanına qarşılarından və arxalarından, sağlarından və sol­la­rın­dan gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin