Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə92/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   88   89   90   91   92   93   94   95   ...   532
HUD PEYĞƏMBƏR




AD QƏBİLƏSİ VƏ MƏSKUNLAŞDIQLARI YERLƏR
u d peyğəmbər Ad adlı qəbilədən idi. Onlar əl-Əhqaf – qum dağları – adlı yerdə məskunlaşan ərəblər idilər. Bu yer Oman ilə Yəmənin Hədrəmovt ərazisində yerləşirdi. Həmin yerin "əş-Şəhər" adlı bir tərəfi dənizə açılırdı. Onlara xas olan vadinin adı isə "Muğis" adlanırdı.

Onlar çox vaxt nəhəng dirəklər üzərində dayanan çadırlarda yaşayırdılar. Uca Allah buyurur: Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada?! Sütunlar sahibi İrəmə?! (əl-Fəcr: 6-7). Bu İrəm camaatından olan Ad tayfası idi. Onlar birinci "Ad" tayfası hesab olunurlar. İkinci "Ad" tayfası isə sonralar yaşayıblar. Bu haqda irəlidə açıqlama veriləcəkdir. Birinci "Ad" qəbiləsi köçəri həyat yaşayırdı deyə, bu adla adlandırılmışdı. Bəziləri isə deyirlər ki, onlar dirək kimi ucaboylu olduqları üçün bu adla adlandırılmışlar.

Amma birinci rəy daha doğrudur. Biz bunu təfsir kitabında qeyd etmişik.

Kim İrəm şəhərinin əvvəlcə Şamı, sonra Yəmənı, daha sonra Ərəbistan yarımadasını və ya dünyanın digər yerlərini dolaşdığını iddia edirsə, o, məqsəddən çox uzaq düşmüş, dəlilsiz–sübutsuz, heç bir əsassız danışmışdır.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin