72. Beləliklə, onu və onunla birlikdə olanları (iman gətirənləri) Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik. (əl-Əraf: 65-72).
Uca Allah Hud surəsində Nuhun hekayəsini qeyd etdikdən sonra deyir:
50. Ad tayfasına da qardaşları Hudu göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxudr. Siz isə yalnız iftiraçısınız!
51. Ey camaatım! Mən buna görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni Yaradana aiddir. Məgər dərk etmirsiniz?
52. Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bol yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. Günahkar olaraq üz çevirməyin!”
53. Onlar da dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Sənin sözünlə ilahlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!
54. Biz ancaq bunu deyirik ki, bəzi ilahlarımız sənə xətər toxundurmuşdur”. Hud belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam!
55. Bircə Ondan (Allahdan) başqa! İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa qurun və mənə heç möhlət də verməyin!
56. Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən, Rəbbim haqq-ədalət sahibidir!
57. Əgər üz çevirsəniz, bilin ki, mən sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!”
58. Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq!
Dostları ilə paylaş: |