Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə1/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
  1   2   3   4   5   6   7   8   9   ...   532



İbn Kəsir. Peyğəmbərlərin həyatı




 


 


İBN KƏSİR

PEYĞƏMBƏRLƏRİN

HƏYATI


Ərəb dilindən tərcümə edən

Abdur-Rahim Muradlı

 

 

Tərcüməçi:

R. Muradlı


Redaktor:

T. Kərimov

C. Rəhimli
Kompüter tərtibatçısı:

R. Muradlı



Kitabın hazırlanmasına köməklik göstərdiyi üçün

Ümumdünya İslam Gəncləri Assambleyası

Bakı regional şöbəsinə təşəkkür edirik.


KİTAB, AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏKTUBU ƏSASINDA ÇAP EDİLİR (№ DK-14/B)
Kitabın hüquqları qorunur ®

İrad və təkliflərinizi bu ünvana göndərə bilərsiniz



qarxuni@gmail.com

TƏRCÜMƏÇİDƏN
İbn Kəsir əd-Dəməşqinin "Peyğəmbərlərin həyatı" adlı kitabına dair
ÖN SÖZ
Aləmlərin Rəbbinə həmd edir, peyğəmbərlərin sonuncusu və ən şərəflisi Muhəmmədə , ondan əvvəl yaşayıb Allahın dinini təbliğ edən bütün peyğəmbərlərə Allahdan salavat və salam diləyirik. Onların yolunu iman ilə davam etdirənlərə Allahdan rəhmət və razılıq diləyirik. Ümmətimizin ən ali təbəqəsi sayılan əshabələrə də Allahdan razılıq və rəhmət istəyirik.

Peyğəmbərlərə və elçilərə iman gətirmək İmanın altı əsasından biridir. İslam qaydalarına görə Allah tərəfindən göndərilmiş peyğəmbərlərin hamısına iman gətirməyənin imanı doğru sayılmır. Eləcə də sonuncu peyğəmbər Muhəmmədə  iman gətirməyənin və onun şəriətini qəbul etməyənin də imanı məqbul deyildir. Uca Allah müqəddəs kitabında bu haqda buyurur:

Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gəti­rə­­rək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökm­lərini) eşitdik (anladıq) və itaət et­dik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sə­nin dərgahına (hüzuruna) qayıdaca­ğıq!” (əl-Bəqərə: 28).

Peyğəmbərlərə iman – Allahın şəriətini təbliğ etmək üçün göndərilən elçilərə və peyğəmbərlərə iman gətirməkdir. Hər kəs ki, onlara tabe olarsa hidayətə qovuşar, asi olan isə haqq yoldan azar. Biz etiqad edirik ki, onlar Allahın onlara nazil etdiyi şəriəti tam layiqincə insanlara çatdırıblar. Onlar şəriətdən heç nəyi nə azaltmayıb, nə artırmayıb, nə də bir şey gizlətməyiblər. Həmçinin Allahın bizə adını bildirdiyi və adını bildirmədiyi hər bir peyğəmbərə iman edirik.

Hər bir peyğəmbər özündən sonra gələn peyğəmbərlə insanları müjdələyir, ondan sonra gələn isə özündən öncəkini təsdiqləyir. Allah təalə buyurur:

Deyin: Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbata) göndəri­lən­lərə, Musaya və İsaya veri­lən­lərə Rəbbi tərəfindən bütün pey­ğəm­bərlərə veri­lən şeylərə (möcüzələrə) inanmışıq. On­la­rın heç birini digə­rin­dən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəl­man­larıq.” (əl-Bəqərə: 136)

Peyğəmbərləri yalançı sayan kimsə, artıq onu təsdiq edən Allahı yalançı saymış, peyğəmbərə asi olan isə ona itaət etməyi əmr edən Allaha asi olmuş sayılır.

Allahı və peyğəmbərlərini inkar edən­lər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər. Biz peyğəmbər­lər­dən bəzi­si­nə inanır, bəzilərinə isə inanmırıq de­yən­lər və bunun (iman ilə küfr) ara­sın­da bir yol (məzhəb) tapmaq istəyənlər – bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü rüsvay­edi­ci əzab hazırlamışıq!” (ən-Nisa: 150-151)

Biz adını bildiyimiz və bilmədiyimiz peyğəmbərlərə iman gətirir, onlar haqqında haqq bildiklərimizi təsdiq edirik.

Peyğəmbərlər haqqında məlumat əldə etmək üçün etibarlı mənbə olaraq Qurani-Kərimi və Muhəmməd peyğəmbərin  sünnəsini qəbul edirik. Qurani-Kərimdə peyğəmbərlər haqqında bəzən ətraflı, bəzən isə qısa məlumat verilmişdir. Peyğəmbərin  sünnəsində də bu xüsusda geniş məlumatlar mövcuddur. Uca Allah buyurur:




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin