Rəhman və Rəhim olan Allahın adı ilə


Şübhəsiz ki, Rəbbin baxıb



Yüklə 3,81 Mb.
səhifə102/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   98   99   100   101   102   103   104   105   ...   532
14. Şübhəsiz ki, Rəbbin baxıb (hər şeyi) görür. (əl-Fəcr: 6-14).
Biz bu hekayələrin hər biri barəsində "Təfsir" kitabımızda danışmışıq. Həmd olunmaq da, minnət qoymaq da Allaha məxsusdur.

Ad qövmü haqqında Tövbə, İbrahim, Furqan, Ənkəbut, Sad və Qaf surələrində də danışılır.



TUFAN HADİSƏSİNDƏN SONRA İLK DƏFƏ BÜTLƏRƏ İBADƏT EDƏN TAYFA AD TAYFASI OLMUŞDUR
Ötən ayələrdə deyilənlərə nəzər salıb, hədislərdə gələn məlumatları da əlavə edib hadisənin ümumi məzmununu qeyd edək.

Əvvəldə demişdik ki, onlar tufan hadisəsindən sonra bütlərə ibadət edən ilk tayfa olublar. Bu, Hudun onlara dediyi bu sözlərində açıq-aşkar görünür.



69. Yoxsa sizi qorxutmaq üçün içə­rinizdən olan bir adam vasi­tə­si­lə Rəbbinizdən sizə bir xəbər­dar­lıq gəlməsinə təəccüb edir­si­niz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gə­tir­di, sizi xilqətcə daha qüvvətli et­di. Allahın nemətlərini yada sa­lın ki, bəlkə, nicat tapasınız!” (əl-Əraf: 69). ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ

Onlar öz vaxtlarında yaradılış, xasiyyət və qüvvət baxımından insanların ən güclüləri idilər.

Əl-Muminun surəsində isə belə deyilir: 31. Onlardan sonra başqa bir nəsil yaratdıq. (əl-Muminun: 31). Ən doğru deyilənə görə ayədə Hud qövmündən danışılır.

Bəziləri iddia edirlər ki, bu ayədə Səmud qövmündən söhbət gedir. Onlar bu ayəyə əsaslanırlar: Həqiqətən, qorxunc bir səs onları bürüdü. Biz onları saman çöpünə döndərdik... (əl-Muminun: 41). Saleh qövmünün külək ilə həlak olduğunu əsas gətirib bu fikiri dəstəkləyirlər. 6. Ad qövmü isə uğultulu, çox siddətli bir küləklə tar-mar oldu. (əl-Haqqa: 6).

Hər iki tayfanın səs və güclü külək ilə həlak olmasını demək, onların bu dediklərinə müxalif deyil. Əl-Əykə sahibləri olan Mədyən əhli haqqında danışarkən bunu qeyd edəcəyik. Onlara bir neçə cür əzab gəlmişdi.

Həmçinin Ad tayfasının Səmud tayfasından öncə olmasında heç bir fikir ayrılığı yoxdur.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin