82. İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! (əl-Ənam: 80-82).
Digər surədə isə belə deyilir:
33. Tayfasının kafir olan, axirətə qovuşacaqlarını yalan hesab edən və dünyada nemət verdiyimiz əyan-əşrəfi dedi: “Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir.
34. Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız.
35. O sizə ölüb torpaq və sür-sümük olduqdan sonra çıxarılacağınızımı vəd edir? (əl-Muminun: 33-35).
Onlar insanın peyğəmbər göndərilməsini mümkünsüz hesab edirdilər. Elə qədim və müasir cahil kafirlərin əksəriyyəti bu şübhəni çox qabardıblar. Uca Allah buyurur:
2. İçərilərindən bir adama: “İnsanları qorxut, iman gətirənləri Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!” – deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi? (Yunus: 2).
94. İnsanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların: “Allah bir insanımı peyğəmbər göndərdi?” – demələridir.
95. De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!” (əl-İsra: 94,95).
Hud peyğəmbər də onlara belə deyərdi:
63. Yoxsa sizi qorxutmaq, sizin də qorxmanız və rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?” (əl-Əraf: 63).
Bu heç də qəribə deyil. Uca Allah peyğəmbərliyi kimə verdiyini yaxşı bilir.
Uca Allahın bu ayəsinə gəlincə:
Dostları ilə paylaş: |