Rəhman və Rəhim olan Allahın adı ilə


O sizə ölüb torpaq və sür–sümük olduqdan sonra çıxarılacağınızımı vəd edir?



Yüklə 3,81 Mb.
səhifə105/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   101   102   103   104   105   106   107   108   ...   532
35. O sizə ölüb torpaq və sür–sümük olduqdan sonra çıxarılacağınızımı vəd edir?

36. Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq!

37. Bizim həyatımız yalnız bu dünyadadır. Birimiz ölür, birimiz dirilirik. Biz dirildiləcək deyilik!

38. Bu, sadəcə olaraq, Allaha iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik!”

39. O belə dedi: “Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!” (əl-Muminun: 35–39).

Onlar qayıdış gününü mümkünsüz hesab edir, sümükləri qalmış və çürüyüb torpağa dönmüş cəsədlərin diriləcəyini inkar edir və deyirdilər: Vəd olunduğunuz şey çox uzaqdır, çox uzaq! Birimiz ölür, birimiz dirilirik. Bir nəsil ölür, digəri dünyaya gəlir.

Bu ateistlərin (Allahsızların) etiqadıdır. Bəzi cahil zındıqlar100 da belə deyirlər: "Ana bətnləri yenisini doğur, yer də öləni udur – vəssəlam!".

Duriyyə101 firqəsi isə etiqad edir ki, onlar hər otuz altı min ildən bir bu dünyaya dönürlər.

Bütün bu etiqadlar yalan, küfr, cəhalət, zəlalət, batil sözlər və heç bir əsası olmayan fəsadlı xəyallardır. Bunlar ağılsız və doğru yoldan azmış günahkar və kafir insanların marağını çəkən məsələlərdir. Uca Allah buyurur: Axirətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan xoşlansınlar və gördükləri çirkin işləri bir daha görsünlər. (əl-Ənam: 113). O onlara vəzində deyirdi: 128. Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz? 129. Sanki əbədi qalacaqsınız deyə tikililər tikirsiniz! (əş-Şuəra: 128, 129). O onlara deyirdi: Qarşınıza çıxan hər hündür yerdə möhtəşəm bina, qəsrə oxşar tikili tikirsiniz. Siz bununla yalnız əylənirsiniz. Çünki, sizin bu binalara ehtiyacınız yoxdur. Axı siz özünüz çadırlarda yaşayırsınız. Uca Allah buyurur: 6. Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada?! 7. Sütunlar sahibi İrəmə?! 8. Elə bir qövm ki, məmləkətlər arasında onun kimisi yaradılmamışdı. (əl-Fəcr: 6-8). İrəm torpaqlarında yaşayan Ad tayfası birinci Ad tayfası idi. Onlar möhtəşəm sütunlarla düzəldilmiş çadırlarda yaşayırdılar.

İrəmin qızıldan və gümüşdən ibarət bir şəhər olduğunu və onun hər yanı gəzdiyini iddia edənlər səhv edirlər. Onlar əsassız bir iddia irəli sürürlər.

Sanki əbədi qalacaqsınız deyə tikililər tikirsiniz! (əş-Şuəra: 129). Bu tikililər qəsrlər, göyərçin yuvaları və ya su hövzələri idi. Siz bu dünyada uzun ömür sürmək arzusu ilə bu işlərlə məşğul olursunuz. 130. Və birini yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! 131. Artıq Allahdan qorxun və mənə itaət edin! 132. Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri sizə əta etdi! 133. Sizə heyvanat, oğul–uşaq, 134. Bağlar və çeşmələr verdi! (əş-Şuəra: 130-134).

Onlar həmçinin Huda deyərdilər: Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi qorxutduğun əzabı bir gətir görək! (əl-Əraf: 70). Sən bizi tək Allaha ibadətə, dədə-babamızın və sələflərimizin yoluna müxalif olub onların etdiklərinə qarşı çıxmağa çağırmaq üçün gəlmisən?! Əgər sən bu dediklərində doğrusansa onda bizə vəd etdiyin əzabı gətir görək. Biz sənə nə iman gətirir, nə itaət edir, nə də səni təsdiqləyirik.

Onlar deyərdilər: 136. Onlar dedilər: Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir. 137. Bu əvvəlkilərin adətindən başqa bir şey deyildir! 138. Və biz əzaba da düçar olmayacağıq! (əş-Şuəra: 136-138). Ayənin orjinal mətnindəki "Xəlqu" sözünü fəthəli ("ə" hərfi ilə) oxunduqda ayənin mənası belə olur: Bu əvvəlkilərin uydurmasından başqa bir şey deyildir!. Yəni, ey Hud, bu elə sənin öz uydurmandır. Sən bunları əvvəlki kitablardan götürmüsən. Bu açıqlamanı bir çox səhabələr və tabiinlər102 söyləmişlər. Amma biz ayənin mətnindəki "Xuluqu" damməli ("u" hərfi ilə) ifadə etdikdə din mənasını verir. Yəni, bizim əməl etdiyimiz bu din əvvəlkilərin, dədə-babamızın və sələfimizin yoludur. Biz bu yoldan çıxan və bu yolu dəyişən deyilik. Hər iki qiraətlə oxuduqda onların: Və biz əzaba da düçar olmayacağıq! – sözü ilə uyğun gəlir.

Hud onlara dedi: Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu. Sizin və atalarınızın verdiyi adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm! (əl-Əraf: 71). Siz bu sözlərinizlə Allahın əzabını və qəzəbini qazanmısınız. Özünüzün və dədə–babanızın düzəldib adlarını ilah qoyduğunuz bütlərə ibadət etməklə, heç bir şəriki olmayan vahid Allahın ibadətinə qarşı çıxırsınız?! Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir. Yəni, Allah təalə sizin bu etdiklərinizi dəstəkləyəcək heç bir dəlil-sübut nazil etməmişdir. Əgər siz haqqı qəbul etməkdən imtina edib batil inancınızda qalacaqsınızsa o zaman sizin üçün mənim çəkindirməyimin heç bir mənası yoxdur. Elə isə Allahın qarşısı alınmaz və dəf olunmaz əzabını gözləyin. Uca Allah buyurur: 39. O belə dedi: “Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!” 40. Allah buyurdu: “Bir azdan peşman olacaqlar!” (əl-Muminun: 39–40).

Digər ayədə deyilir: 22. Onlar: “Sən bizi ilahlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək!” – deyə cavab vermişdilər. 23. Hud demişdi: “Əzabın nə vaxt gələcəyini ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!” 24. Onu vadilərinə tərəf üz tutub gələn bir bulud şəklində gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. Hud isə onlara belə dedi: “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır! 25. O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!” Onlar səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar qövmü belə cəzalandırırıq! (əl-Əhqaf: 22–25).

Uca Allah onların həlak olmaları xəbərini bir çox ayələrdə qeyd etmişdir. Bu haqda yuxarıda ümumi və təfsilatlı danışılmışdır. Misal olaraq bu ayələri demək olar: 72. Beləliklə, onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik. (əl-Əraf: 72). 58. Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq! 59. Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun Peyğəmbərlərinə qarşı çıxdılar, başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular. 60. Və, beləliklə, dünyada da, Qiyamət günündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Hudun tayfası Ad həlak olsun! (Hud: 58–60). 41. Həqiqətən, qorxunc bir səs onları bürüdü. Biz onları saman çöpünə döndərdik. Zalım (kafir) tayfa məhv olsun!  (əl-Muminun: 41). 139. Onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. 140. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (əş-Şuəra: 139-140).

AD QÖVMÜNÜN HƏLAKI VƏ ALLAHIN ƏZABININ YETİŞMƏSİ
Onların həlak olmasının təfsilatlı belədir. Uca Allah buyurur: 24. Onu vadilərinə tərəf üz tutub gələn bir bulud şəklində gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. Hud isə onlara belə dedi: “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır! (əl-Əhqaf: 24). Bu əlamət baş verəcək əzabın başlanğıcı idi. Onlar aclıq və quraqlıq dönəmi yaşayırdılar. Yağışın yağması üçün dua edirdilər. Onlar səmada buludları gördükdə onun xeyirli və bərəkətli yağış olduğunu zənn etdilər. Amma bu bir əzab yağışı idi. Uca Allah buyurur: Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir... (əl-Əhqaf: 24). Yəni, əzabın tez gəlməsini istəyirdiniz, o da gəldi. Onların istəyi bu ayədə qeyd olunur: Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək! (əl-Əhqaf: 22). Eyni məzmunlu ayə əl–Əraf surəsində də deyilir.

Əl-Haris əl-Bəkri deyir ki: "əl-Əla ibn əl-Hədramidən Peyğəmbərə  şikayət etmək üçün səfərə çıxmışdım. Rabzə adlı yerdən keçdikdə Bənu Təmim qəbiləsindən olan, tərk edilmiş yaşlı bir qadına rastladım. Qadın dedi: "Ey Allah bəndəsi! Mənim Peyğəmbərlə  işim var, sən məni onun yanına apara bilərsənmi?"



Mən onu özümlə götürüb Mədinəyə gəldim. Məscid adam ilə dolu idi. Qara rəngli bayraq da dalğalanırdı. Bilal isə qılıncına sarılmış halda Peyğəmbərin  önündə dururdu.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin