Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə106/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   102   103   104   105   106   107   108   109   ...   532
Mən dedim: "İnsanlara nə olub?"

Mənə dedilər ki: "Peyğəmbər  Amr ibn əl-Ası döyüşə göndərmək istəyir".

Mən bir qədər oturdum. Peyğəmbər  evinə daxil olduqda onun yanına daxil olmaq üçün izin aldım. O, mənə içəri daxil olmaq üçün icazə verdi. Mən içəri daxil olub salam verdim. Peyğəmbər  dedi: "Sizinlə Bənu Təmim qəbiləsi arasında nə isə baş verib?" Mən dedim: "Bəli. Biz onlara qalib gəlmişdik. Yolda Bənu Təmimdən olan, tərk edilmiş bir qoca qadın gördüm. O, məndən onu sənin yanına gətirməyimi xahiş etdi. O, hal-hazırda qapıdadır". Peyğəmbər  onun içəri daxil olmasına icazə verdi və qadın içəri daxil oldu. Mən dedim: "Ey Allahın elçisi, əgər bizimlə Bənu Təmim arasında sərhəd qoymaq istəyirsənsə bunu Dəhnadan et. Bu yer bizim idi". Qoca qadın qeyrət edib hərəkətləndi və dedi: "Ey Allahın elçisi! Sən biçarəni hara məcbur edəcəksən?" Mən dedim:" Mənim məsəlim, "qatilini doğan keçi!" – timsalındadır. Mən bu qadını özümlə daşımışam, amma onun düşmənim olduğunu hiss etməmişəm. Mən Ad tayfasından olan qonaq kimi olmaqdan Allaha və rəsuluna sığınıram103". Peyğəmbər  dedi: "Dayan görüm! Ad tayfasından olan qonaq kimdir?" Peyğəmbər  hadisəni yaxşı bilirdi, sadəcə məndən söz alırdı.

Mən dedim: "Ad tayfası quraqlıq dövrü yaşayırdılar. Onlar "Qəyl" adlı bir nəfəri qonaq göndərdilər. O, Müaviyə ibn Bəkr adlı bir nəfərə rastladı və bir ay onun yanında qaldı. Ev sahibi ona şərab verir, "İki çəyirtkə" ləqəbli iki qadın da onun üçün mahnı oxuyurdu. Bir ay keçdikdən sonra ("Qəyl") Təhamə dağlarının üzərinə çıxdı və dedi: Ey Allahım! Sən bilirsən ki, mən nə xəstə müalicə etməyə, nə də əsir azad etməyə gəlmişəm! Ey Allahım, Ada verəcəyin yağışı yağdır. Bu zaman onun başı üzərindən qara buludlar ötməyə başladı. Oradan: "birini seç!" – deyə nida gəldi. O da qara bir buluda işarə etdi. Buluddan: "Onu kül olaraq götür, Ad tayfasından heç kəsi sağ qoyma"! – deyə nida gəldi. Bildiyim qədər onlara yalnız mənim üzüyümdən keçən qədər külək göndərilmiş və bununla onlar həlak olmuşdular"."104

Əbu Vail (adlı rəvayətçi) deyir: "O (Amr ibn əl-As), doğru danışır. Onlar kişi və ya qadın qonaq göndərdikdə belə deyərdilər: "Sən də Ad tayfasının qonağı kimi olma"."105

İbn Cərir ət-Təbəri və digər bir çox təfsir alimləri bu hadisə haqqında danışarkən eyni rəvayəti və hadisəni qeyd ediblər.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin