Rəhman və Rəhim olan Allahın adı ilə


(Təkəbbür üzündən iman gətirməyi)



Yüklə 3,81 Mb.
səhifə110/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   106   107   108   109   110   111   112   113   ...   532
76. (Təkəbbür üzündən iman gətirməyi) özlərinə ar bilənlər: “Sizin inandığınıza biz inanmırıq!” – dedilər.

77. Sonra o dəvəni tutub kəsdilər və Rəbbinin əmrini saymazyana pozub: “Ey Saleh! Əgər sən peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (əzabı) gətir görək!” – dedilər.

78. Buna görə də onları dəhşətli, tükürpədici bir səs bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar.

79. (Saleh) onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”» (əl-Əraf: 73-79).
Uca Rəbbimiz Hud surəsində buyurur:

61. Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. O sizi torpaqdan yaradıb orada sakin etdi. Allahdan bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, qəbul edəndir!”

62. Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik”.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin