Rəhman və Rəhim olan Allahın adı ilə


«62. Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin.»



Yüklə 3,81 Mb.
səhifə119/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   115   116   117   118   119   120   121   122   ...   532
«62. Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin.» (Hud: 62). Bu iddiandan əvvəl səni tam ağıl sahibi olan bir insan kimi qəbul edirdik. İbadəti tək Allaha ünvanlamağı, əvvəllər ibadət etdiyimiz ilahlarımızdan imtina etməyi və dədə-babamızın yolunu tərk etməyi bizə təbliğ etdikdən sonra sənin barəndə başqa cür düşünürük. «İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik”.» (Hud: 62).

«63. (Saleh onlara) belə cavab verdi: “Ey camaatım! Bir deyin görək. Əgər mənim Rəbbimdən aşkar bir möcüzə olsa, O mənə Özündən bir mərhəmət lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!» (Hud: 63). Bu ifadələr Salehin onlarla xoş danışmasına, mülayim davranmasına və dəvətdə hikmətli olmasına nümunədir. Saleh peyğəmbər burada demək istəyir ki, əgər işin sonu mənim dediyim və dəvət etdiyim kimi olsa, necə olar?! Bəs bu halda sizin Allah qarşısında nə bəhanəniz olacaq?! Siz məndən Allahın ibadətinə təbliğ etməkdən imtina etməyimimi tələb edirsiniz?! Bəs buna görə sizi Allahın əzabından nə qurtara bilər?! Mən bu işdən imtina edə bilmərəm. Çünki, bu iş mənə vacib əmr olunub. Əgər bu işdən imtina etsəm o zaman nə siz, nə də başqası məni Allahın əzabından xilas edə bilər. Allah təalə məni və sizi mühakimə edənə qədər mən sizi şəriki olmayan Allaha dəvət etməyə davam edəcəyəm.

Onlar həmçinin Salehə deyərdilər ki, «Həqiqətən, sən əməlli başlı ovsunlanmışlardansan!» (əş-Şuəra: 153). Yəni sənə sehr111 olunub deyə nə danışdığını bilmirsən, bizi tək Allahın ibadətinə və Ondan savayı ilahlardan imtina etməyə dəvət edirsən.

Ayənin bu məna ilə açıqlanması, yəni sözü "ovsunlanmış" mənasında açıqlamaq cumhurun rəyidir. Digər mənaya görə ayədəki söz "sehrbaz" mənasındadır. Elə bil onlar deyirdilər ki, sən sehrbazsan. Onların Salehə bəzi sözlərə görə birinci məna daha yaxın görünür. Onlar Salehə deyərdilər: «154. Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa, bizə bir möcüzə gətir!» (əş-Şuəra: 154). Onlar Salehdən dediklərinin doğru olmasını isbat edən möcüzə tələb edirdilər (əgər onu sehrbaz hesab etsəydilər belə müraciət etməzdilər. Tərc.).


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin