Rəhman və Rəhim olan Allahın adı ilə


SƏMUD QÖVMÜNÜN HƏLAK OLMASI VƏ MƏSKƏNLƏRİNİN ƏZABA DÜÇAR QALMASI



Yüklə 3,81 Mb.
səhifə122/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   118   119   120   121   122   123   124   125   ...   532
SƏMUD QÖVMÜNÜN HƏLAK OLMASI VƏ MƏSKƏNLƏRİNİN ƏZABA DÜÇAR QALMASI
Uca Allah buyurur: «65. Onlar dəvəni tutub kəsdilər. (Saleh də onlara) dedi: “Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir vəddir ki, yalan çıxmaz!”» (Hud: 65).

Dəvəyə ilk zərbəni endirən Qədar ibn Seyf – Allah ona lənət etsin – oldu. O dəvənin ayaq damarlarını kəsdikdə dəvə yerə yıxıldı. Sonra digərləri dəvənin üzərinə atılıb ona zərbələr endirdilər. Dəvənin balası bu mənzərəni müşahidə etdikdə onlardan aralanıb yaxınlıqdakı ən hündür təpəyə çıxaraq üç dəfə nərilti çəkdi. Bu səbəbdən Saleh peyğəmbər onlara dedi: «Daha üç gün yurdunuzda yaşayıb kef çəkin...» yəni, bu gündən savayı üç gün. Amma onlar Salehin yəqinliklə dediyi bu sözünə də inanmadılar. Əksinə, gecə düşəndə Salehi qətlə yetirmək fikrinə düşdülər. Onu da dəvənin yanına göndərmək istədilər. «Onlar dedilər: "Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək,» (ən-Nəml: 49). Yəni, onu və ailəsini evində qətlə yetirib sonra bu qətli inkar edəcəyik. Onun qəyyumları qan qisasını tələb etsələr özümüzün bu işdən bixəbər olduğunu deyəcəyik. Bu səbəbdən onlar belə deyirdilər: «sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik".» (ən-Nəml: 49).

Uca Allah buyurur: «50. Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər. 51. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik. 52. Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət vardır. 53. İman gətirib Allahdan qorxanları isə xilas etdik.» (ən-Nəml: 50-53). Uca Allah Saleh peyğəmbəri öldürməyə gedənləri əzabla göndərdiyi daşlarla daşlayıb Səmud qövmündən öncə öldürdü.

Səmud qövmü cümə axşamı – möhlət verilən ilk gün – səhərə çıxdıqda Saleh peyğəmbərin xəbərdarlıq etdiyi kimi, üzləri saralmışdı. Axşam olduqda isə hamı deyirdi: "Əcəlimizin bir günü keçdi!" Onlar möhlət verilən ikinci gün – həftənin cümə günü – səhərə çıxdıqda üzləri qırmızı olmuşdu. Axşam olduqda hamı deyirdi: "Əcəlimizin iki günü keçdi!" Vəd olunan üçüncü gün – həftənin şənbə günü – səhərə çıxdıqda üzləri qaralmışdı. Axşam düşəndə hamı: "Əcəlimiz çatdı!" – deyirdi.

Bazar günü səhər açılanda hamı ətirlənib, hazır vəziyyətdə oturub başlarına hansı əzabın və bəlanın gələcəyini gözləyirdilər. Onlar başlarına nə gələcəyini, əzabın hansı istiqamətdən göndəriləcəyini bilmirdilər.

Günəş işıq saçanda başları üzərində səmadan bir səs eşidildi, ayaqlarının altından bir təkan hiss edildi. Bu zaman bədənlərdəki ruhlar çıxdı, nəfslər boğuldu, hərəkət dayandı, səslər kəsildi, həqiqət öz yerini tapdı. «onlar öz evlərində üzüqoylu düşüb qaldılar.» (əl-Əraf: 78). Ruhsuz və hərəkətsiz cəsədlər qaldı. Onlardan heç bir kimsə də sağ qalmadı.

Uca Allah buyurur: «Sanki onlar heç yaşamamışdılar.» (Hud: 68). Elə bil onlar bu evlərdə naz-nemət içində yaşamamışdılar. «Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası (mərhəmətdən) kənar oldu!» (Hud: 68). Qəza-qədər dili (qəza-qədər ilə başlarına gələn müsibət) ilə onlara bu sözlər deyilmişdi.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin