Rəhman və Rəhim olan Allahın adı ilə


ƏBU RƏĞAL HAQQINDA DEYİLƏNLƏR



Yüklə 3,81 Mb.
səhifə123/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   119   120   121   122   123   124   125   126   ...   532
ƏBU RƏĞAL HAQQINDA DEYİLƏNLƏR
Cabir  deyir ki, Peyğəmbər  Hicr vadisindən keçəndə dedi: "Möcüzə göstərilməsini istəməyin! Salehin qövmü də möcüzə istəmişdi. O – yəni, dəvə – bu tərəfdən vurur, digər tərəfdən çıxırdı. Qövmü Allaha asilik edib dəvəni öldürdülər. Dəvə bir gün onların suyunu, onlar isə bir gün dəvənin südünü içirdilər. Sonda onlar dəvəni qətlə yetirdilər. Onlardan kim vardısa hamısını güclü bir səs məhv etdi. Yalnız əl-Hərəm evində (Kəbədə) olan bir nəfərdən başqa." Səhabələr dedilər: Ey Allahın elçisi, o kim idi? Peyğəmbər  dedi: "O, Əbu Rəğal idi. Əl-Hərəm evindən çıxanda o da qövmü görən əzabı gördü."115

İsmail ibn Umeyyə deyir ki, Peyğəmbər  Əbu Rəğalın qəbirinin yanından keçdikdə dedi: "Bilirsiniz bu kimdir?" Səhabələr dedilər: Allaha və rəsulu daha yaxşı bilər. Peyğəmbər  dedi: "Bu Səmud qövmündən olan Əbu Rəğal adlı bir nəfərin qəbiridir. O Allahın əl-Hərəm evində olduğu üçün Allahın əl-Hərəm evi də onu Allahın əzabından qorumuşdu. O evdən çıxdıqda qövmünə verilən əzaba düçar oldu. Sonra o bir külçə qızıl ilə birlikdə burada basdırıldı. Bir dəstə insan bu yerə gəlib qılıncları ilə onu axtarmağa başladılar və qızılı tapıb çıxartdılar."116

Əbdürrəzzaq adlı alim deyir: "Müəmmər deyir ki, Zuhri deyirdi: Əbu Rəğal, Əbu Səqif adı bir adam idi. Bu mursəl1 rəvayətdir."

Eyni rəvayət başqa isnadla muttasil rəvayət olunmuşdur. Muhəmməd ibn İshaq "əs-Siyra" kitabında eyni rəvayəti qeyd edir. İsmail ibn Umeyyədən, o da Buceyr ibn Əbu Buceyrdən rəvayət edir ki, mən Abdullah ibn Amrın belə dediyini eşitdim. O deyirdi ki, biz Peyğəmbərlə  birlikdə Taifə gedərkən bir qəbirin yanından keçdikdə onun belə dediyini eşitdim: "Bu Əbu Rəğalın qəbiridir. O Əbu Səqifdir, Səmud qövmündən idi. Əl-Hərəm ərazisində olduğu müddətdə əzabdan qorunurdu, oradan çıxdıqda, qövmünün başına gələn əzab onu bu yerdə yaxaladı. Sonra o burada dəfn olundu. Bunu sübut edəcək dəlil budur ki, onunla birlikdə bir külçə qızıl da basdırılıb. Əgər siz onun qəbrini qazısanız onunla birlikdə qızılı da taparsınız." Bunu eşidən insanlar dərhal işə başlayıb oradan qızılı çıxartdılar.

Şeyximiz Hafiz Əbul Həccac əl-Mizzi deyir: "Bu hədis, həsən əziz hədisdir".

Mən isə deyərdim ki, bundan öncəki mürsəl rəvayətdə və Cabirin  hədisində bu rəvayətə şahidlik vardır. Daha doğrusunu Allah bilir.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin