Rəhman və Rəhim olan Allahın adı ilə


Məhz Mənim mərhəmətimdən ümid­lərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən­lərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır



Yüklə 3,81 Mb.
səhifə129/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   125   126   127   128   129   130   131   132   ...   532
23. Məhz Mənim mərhəmətimdən ümid­lərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən­lərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.

24. Qövmünün cavabı isə ancaq: "Ya onu öldürün, ya da yandırın!" – demə­lə­ri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün mənimsəməli bir ibrət vardır.

25. İbrahim dedi: "Siz aranızda ancaq dün­­ya həyatına bəslədiyiniz vurğunlu­ğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcək­si­niz. Sığınacağınız Od olacaqdır. Sizə yar­dım edə bilən kəslər də tapa bil­mə­yə­cəksiniz".

26. Lut ona iman gətirdi. İbrahim dedi: "Mən Rəbbimin yanına hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir".

27. Biz ona İshaqı və Yəqubu bağışla­dıq. Onun nəslinə peyğəmbərlik və Ki­tab verdik. Dünyada onun mükafatını ver­dik. Şübhəsiz ki, o, axirətdə əməlisa­leh­lərdən olacaqdır!» (əl-Ənkəbut: 16-27).

İBRAHİM ƏL-XƏLİLİN  ATASINI DƏVƏT ETMƏSİ


Uca Allah İbrahimin öz atası və qövmü ilə etdiyi mübahisələri xatırladır. Biz bu haqda qarşıda qeyd edəcəyik.

İbrahim ən birinci bütlərə ibadət edən atasına haqqı təbliğ etməklə başladı. Axı digər insanlardan fərqli olaraq ataya öyüd-nəsihət etmək daha önəmlidir. Uca Allah buyurur:




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin