Rəhman və Rəhim olan Allahın adı ilə


Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi



Yüklə 3,81 Mb.
səhifə130/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   126   127   128   129   130   131   132   133   ...   532
41. Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi.

42. Bir zaman o, atasına demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?

43. Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim.

44. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu.

45. Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan".

46. Atası dedi: "Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!"

47. İbrahim dedi: "Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.

48. Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım".» (Məryəm: 41-48).

Uca Allah İbrahimlə atasının dialoqu və mübahisəni xatırladır. O atasını ən mülayim ifadələr və ən gözəl misallarla haqq yola dəvət edirdi. Dualarını eşitməyən və harada olduğunu görməyən bütlərə olunan ibadətin batil olduğunu çatdırırdı. Onlar bu halda səni necə qoruyar, yaxud ruzi və imdad ilə xeyir verə bilərlər? Daha sonra o yaşının az olmasına baxmayaraq Allahın ona hidayəti və faydalı elmi bəxş etməsini xatırladır. «Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim.» (Məryəm: 43). Yəni, mənə verilən bu yol düz, aydın, asan, pak yoldur. Bu yol səni həm bu dünyada, həm də axirətdə xeyirə doğru aparar.

İbrahim öyüd-nəsihətini təqdim etdikdə atası bunu qəbul etmədi, heç yaxına buraxmadı. Əksinə onu təhdid edib cəza ilə hədələdi və dedi: «Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm.» Daşqalaq "söz"122 və ya əməl ilə ola bilər. «Uzun müddət məndən uzaq ol!» Uzun müddət mənimlə danışma.

İbrahim isə ona dedi: «Sənə salam olsun!» Yəni məndən sənə heç bir xətər toxunmaz, xoşagəlməz əməl görməzsən. Sən məndən arxayın ola bilərsən. O daha çox xeyirxahlıq göstərib dedi: «Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.» İbn Abbas  və digərləri deyirlər ki, ayədəki bu sözlə ("həfiyyə") Uca Allahın ona qarşı lütfkar olması nəzərdə tutulur. Belə ki, Uca Allah məni ibadətə bağlamaqla, əməllərimi Onun üçün etməyə müvəffəq etdiyinə görə mənə qarşı çox lütfkardır. Sonra bu səbəblə deyir: «Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım".» (Məryəm: 48).


İBRAHİM ƏL-XƏLİLİN  ALLAHA DÜŞMƏNÇİLİK EDƏN ATASINDAN ÜZ DÖNDƏRMƏSİ


İbrahim peyğəmbər vəd etdiyinə sadiq qalaraq atası üçün Allahdan bağışlanma diləyirdi. Amma atasının Allahın düşməni olduğunu bildikdə ondan üz döndərdi. Uca Allah bu barədə deyir:

İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim Allaha çox yalvaran həlim bir kimsə idi. (ət-Tövbə: 114).
Əbu Hureyrə  deyir ki, Peyğəmbər  demişdir: "Qiyamət günü İbrahim atası Azərlə qarşılaşacaq. Azərin üz-gözü toz-torpaqlı və hisli olacaq. İbrahim ona deyəcək: Mən sənə demirdim, mənə asi olma?! Azər deyəcək: Bu gün sənə asi olan deyiləm. İbrahim deyəcək: Ey Rəbbim! Sən məni insanlar dirilən gündə məyus etməməyinə dair vəd vermişdin. Atamın mərhəmətdən uzaq olmasından daha böyük məyusluq nə ola bilər? Uca Allah deyəcək: Mən Cənnəti kafirlərə haram etmişəm. Orada deyiləcəkdir: Ey İbrahim! Sənin ayağının altındakı nədir? O ayağının altına baxdıqda orada iylənmiş erkək kaftar123 görəcəkdir. Sonra onu əl-ayağından tutub Cəhənnəmə atacaqlar."124

İBRAHİMİN  ATASININ ADI BARƏDƏ DEYİLƏN FİKİR AYRILIĞI


Uca Allah buyurur:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin