74. Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm". (əl-Ənam: 74).
Bu ayə göstərir ki, İbrahimin atasının adı Azər idi. Nəsəb alimlərinin əksəriyyəti, o cümlədən İbn Abbas deyirdi ki, atasının adı Tarih idi. Əhli Kitab isə onun adını Tarix yəni, "x" hərfi ilə ifadə edirlər. Bəziləri isə deyirlər ki, "Azər" onun ibadət etdiyi bütün adından götürülmüş ləqəbi idi.
İbn Cərir125 deyir: "Doğru rəy budur ki, atasının adı Azər idi. Ola bilər onun iki adı olub. Yaxud biri ad, digəri isə ləqəb olub". Onun dedikləri ehtimal olunan fikirdir. Daha doğrusunu Allah bilir.
Dostları ilə paylaş: |