Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə132/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   128   129   130   131   132   133   134   135   ...   532
İBRAHİM ƏL-XƏLİLİN  ULDUZLARA İBADƏT EDƏNLƏRLƏ MÜBAHİSƏSİ
Uca Allah buyurur:

75. Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun.

76. Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: "Bu mənim Rəbbimdir!" – dedi. O batdıqda isə: "Mən batanları sevmirəm!" – dedi.

77. Doğan ayı gördükdə: "Bu mənim Rəbbimdir!" – dedi. O batdıqda isə: "Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım" – dedi.

78. Doğan günəşi gördükdə: "Bu mənim Rəbbimdir, bu daha böyükdür!" – dedi. O batdıqda isə dedi: "Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam!

79. Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri Yaradana çevirdim. Mən müşriklərdən deyiləm".

80. Qövmü onunla höcətləşdi. O dedi: "Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Rəbbimin istədiyi şeylərdən başqa mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram126. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?

81. Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, deyin görüm iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?"


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin