Rəhman və Rəhim olan Allahın adı ilə


İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır



Yüklə 3,81 Mb.
səhifə133/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   129   130   131   132   133   134   135   136   ...   532
82. İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.

83. Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir.» (əl-Ənam: 75-83).

Bu, qövmü ilə mübahisə məqamıdır. Burada o qövmünə bildirir ki, gördüyünüz bu parıltılı ulduzlar ibadət olunmağa, yaxud Allaha şərik qoşulmağa layiq deyillər. Çünki onlar özləri yaradılan, idarə olunan, hökm altında olan varlıqlardır. Onlar bəzən aşkara çıxır, bəzən isə batırlar. Dünyanın üzündən itirlər. Amma Uca Rəbbə heç nə gizli qalmaz, O, heç nədən bixəbər olmaz. O daimi qalandır, heç vaxt yox olmaz, Ondan başqa haqq ilah və Rəbb yoxdur.

O ilk olaraq ulduzların bu ibadətdə səlahiyyətsiz olduqlarını bildirir. İbrahim ilk olaraq Zəhra ulduzunu, sonra daha işıqlı və daha yaraşıqlı ayı, sonra müşahidə edilən göy cismlərinin ən cəzbedici, işıqlı və gözəli sayılan günəşi misal çəkir və bildirir ki, bu (nəhəng) məxluqlar idarə olunur və özlərinin müəyyən edilmiş xətləri ilə hərəkət edirlər. Uca Allah buyurur: «Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin.» (Fussilət: 37).

Uca Allah bu mənada buyurur: «78. Doğan günəşi gördükdə: "Bu mənim Rəbbimdir, bu daha böyükdür!" – dedi. O batdıqda isə dedi: "Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam! 79. Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri Yaradana çevirdim. Mən müşriklərdən deyiləm".» (əl-Ənam: 78-79).



«Qövmü onunla höcətləşdi. O dedi: "Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Rəbbimin istədiyi şeylərdən başqa mən, sizin Ona şərik qoşduq­ları­nız­dan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər dü­şü­nüb ibrət almayacaqsınız?» (əl-Ənam: 80). Mən sizin Allahdan başqa ibadət etdiyiniz bu ilahlara heç bir əhəmiyyət vermirəm. Çünki, onlardan heç bir fayda gəlmir. Onlar (ulduzlar və s.) eşitmir, dərk etmir, əksinə özləri yaradılır və idarə olunurlar.

İbrahimin sözlərindən görünür ki, bu sözlər Hərran127 camaatına ünvanlanmış sözlərdir. Çünki, onlar bu məxluqatlara ibadət edirdilər. Bu isə öz növbəsində İbrahimin bu sözləri uşaqlıqda ifadə etdiyini deyən­lə­rin fikrini rədd edir. Bunu İbn İshaq və digər alimlər deyirlər128. Onlar bu mə­sə­lədə əhli kitabdan qalan rəvayətlərə əsaslanırlar. Amma bu məlu­mat­lara inanmaq olmaz, ələlxüsus haqqa müxalif çıxdıqda.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin