Rəhman və Rəhim olan Allahın adı ilə


Onlar: "Biz atalarımızı onlara ibadət edən görmüşük!" – demişdilər



Yüklə 3,81 Mb.
səhifə135/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   131   132   133   134   135   136   137   138   ...   532
53. Onlar: "Biz atalarımızı onlara ibadət edən görmüşük!" – demişdilər.

54. İbrahim demişdi: "Doğrusu, siz də, atalarınız da, açıq–aydın bir azğınlıq içindəsiniz".

55. Onlar: "Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?" – demişdilər.

56. İbrahim demişdi: "Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm.

57. Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!"

58. Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr.

59. Onlar dedilər: "Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!"

60. Bəziləri: "İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik" – dedilər.

61. Digərləri də: "Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər" – dedilər.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin