Rəhman və Rəhim olan Allahın adı ilə


«61. Digərləri də: "Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər" – dedilər.»



Yüklə 3,81 Mb.
səhifə142/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   138   139   140   141   142   143   144   145   ...   532
«61. Digərləri də: "Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər" – dedilər.» (əl-Ənbiya: 61). Yəni, camaat toplandıqda onu danışdırın, qoy hər kəsin gözü önündə iddiasını bildirsin və sözünü çatdırsın. Sonra isə bu danışığına görə onun necə əzaba düçar olduğunu hamı görsün. İbrahim əl–Xəlilin də əsas məqsədi bütün insanların bir yerə toplaşmasına nail olmaq idi. Bütlərə ibadət edən hər kəsə tutduqları yolun batil olmasını bildirməklə onlara hüccət çatdırmaq idi. Musa da Firona belə demişdi: «Görüş vaxtınız bayram günü, camaatın bir yerə toplaşacağı səhər vaxtıdır!» (Taha: 59).

Camaat toplanıb dedikləri kimi İbrahimi gətirdilər və dedilər: «62. Onlar dedilər: "Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?" 63. İbrahim dedi: "Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun".» (əl-Ənbiya: 62-63). Bəzilərinə görə ayədəki məna belədir: Məni onları sındırmağa təhrik edən səbəb budur. Sadəcə olaraq İbrahim söz ilə onlarla mübahisə etdiyi üçün belə deyirdi: «Əgər danışa bilirlərsə, özlərindən soruşun.» (əl-Ənbiya: 63). İbrahim bu sualı verməklə bu bütlərin danışmadığını onların dilindən eşitməyini və onların da digər cansızlardan fərqli olmadığını etiraf etmələrini istəyirdi. «Onlar öz-özlərinə müraciətlə: "Həqiqətən də, siz zalımlarsınız" – dedilər.» (əl-Ənbiya: 64). Yəni onlar özləri-özlərini qınayaraq: bütləri nəzarətsiz və mühafizəsiz qoyub getdiyiniz üçün "Siz zalımlarsınız!" – dedilər.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin