Rəhman və Rəhim olan Allahın adı ilə


Biz: "Ey od! İbrahim üçün sərin və zərərsiz ol!" – dedik



Yüklə 3,81 Mb.
səhifə145/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   141   142   143   144   145   146   147   148   ...   532
69. Biz: "Ey od! İbrahim üçün sərin və zərərsiz ol!" – dedik.

70. Onlar İbrahimə qəsd etmək fikrinə düş­dülər, lakin Biz onları daha şiddətli cə­zaya məruz qoyduq. (əl-Ənbiya: 68-70).

Onlar hər tərəfdən odun toplayır və bunun üçün müəyyən vaxt sərf edirdilər. Hətta xəstələnən qadınlar nəzir edib deyirdilər: Əgər sağalsam İbrahimin yandırılması üçün odun daşıyacağam! İnsanlar topladıqları odunları böyük bir əraziyə toplayıb atəşi yandırdılar. Od alovlanır, misli görünməyən dərəcədə qığılcımlanırdı.

Sonra İbrahimi bir nəfər kürd kişinin düzəltdiyi mancanağın ucuna qoydular. Bu düzəldilən ilk mancanaq idi.

Onlar İbrahimin əl-ayağını bağlayır, o isə bu sözləri deyirdi: "Lə iləhə illə əntə, subhanəkə Rəbbul aləmin, ləkəl həmdu və ləkəl mulku, lə şərikə ləkə". (Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən nöqsanlardan paksan. Aləmlərin Rəbbisən. Həmd etmək və mal-mülk Sənə məxsusdur. Sənin heç bir şərikin yoxdur.)

İbrahim əl-Xəlil əl-ayağı bağlı vəziyyətdə mancanağa qoyulub oda atıldıqda dedi: "Həsbunəllahu və niməl vəkil". (Allah bizə yetər! O nə gözəl vəkildir.) Buxarinin131 rəvayətinə əsasən İbn Abbas  belə demişdir: "Həsbunəllahu və niməl vəkil". (Allah bizə yetər! O nə gözəl vəkildir.) – sözlərini İbrahim oda atılanda, Muhəmməd isə ona bu sözləri deyəndə demişdi: «173. Bəzi adamlar onlara: "Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!" – dedilər. Bu, onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər. O nə gözəl Qoruyandır!" – dedilər. 174. Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir.» (Ali İmran: 173, 174).


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin