Əbu Hureyrə سdeyir ki, İbrahim üç dəfə yalan danışıb139. İkisi Allahın zatı haqqındadır. Biri bu ayədəki sözüdür: «Mən xəstəyəm!» (əs-Saffat: 89). Digəri isə bu ayədədir: «İbrahim dedi: "Xeyr, bunu onların bu böyüyü etmiş olar...» (əl-Ənbiya: 63). Bir gün İbrahim Sara ilə birlikdə səfərdəydilər. Onlar zalım bir padşahın ölkəsinə gəlmişdilər. Padşaha deyirlər ki, burada bir kişi var, onunla ən gözəl bir qadın da gəlib. Padşah qadının kimliyini öyrənmək üçün adam göndərdi. Gələn adam: bu kimdir? – deyə soruşdu. İbrahim dedi: Bu mənim bacımdır. Sonra İbrahim Saranın yanına gəldi və dedi: Ey Sara! Yer üzündə məndən və səndən başqa mömin yoxdur. Bu adam məndən sənin kimliyini soruşdu və mən də "bacımdır" dedim. Sən də məni yalançı çıxartma. Padşah qadının gətirilməsini əmr etdi. Sara padşahın hüzuruna daxil olanda padşah yaxınlaşıb əlini ona toxundurmaq istədi. Amma kimsə padşahı tutub saxladı. Padşah dedi: Mənim üçün Allaha dua et, mən sənə zərər vuran deyiləm. Sara dua etdi və padşah sərbəst buraxıldı. Padşah ikinci dəfə əlini Saraya uzatdı və bu dəfə də əvvəlki kimi, yaxud daha sərt şəkildə kimsə onu tutub saxladı. Padşah dedi: Mənim üçün Allaha dua et, mən sənə zərər vuran deyiləm. Sara da dua etdi və padşah sərbəst buraxıldı. Sonra padşah gözətçilərini çağırıb dedi: Siz mənim üçün insan deyil, şeytan gətirmisiniz! Padşah Həcər adlı qadını ona xidmətçi verdi. Sara İbrahimin yanına gəldi. O ayaq üstə idi, namaz qılırdı. İbrahim əli ilə işarə edib, nə oldu? – deyə soruşdu. Sara dedi: Allah kafirin – yaxud, günahkarın hiyləsini dəf etdi və Həcəri bizə xidmətçi verdi.