Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə152/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   148   149   150   151   152   153   154   155   ...   532
HƏCƏRİN İSMAİLİ  DÜNYAYA GƏTİRMƏSİ
Kitab əhlinin dediyinə görə İbrahim Xəlil Allahdan xeyirli nəsil-nəcabət istəyir və Uca Allah da bununla onu müjdələyir. Sara İbrahimə deyir: "Allah məni uşaq doğmaqdan məhrum edib, sən mənim bu köləmlə evlən. Bəlkə Allah ondan sənə övlad bəxş edər."

Sara Həcəri İbrahimə bağışladıqda İbrahim onunla yaxınlıq etdi. Bu yaxınlıqdan onların uşaqları oldu və İsmailı dünyaya gətirdi.

İsmail doğulduqda Uca Allah İbrahimə vəhy etdi və arvadı Saradan İshaqın doğulacağını da ona müjdə etdi. Bunu eşidən İbrahim səcdəyə qapandı. Uca Allah ona dedi: "Mən sənin İsmail üçün etdiyin duanı qəbul etdim, ona bərəkət verdim, ona bol və münbit ruzi verdim. Onun on iki dahi övladı olacaq. Onu böyük bir millətin başçısı edəcəyəm."

Bu da bizim böyük ümmətimiz üçün müjdədir. Deyilən on iki nəfər dahi on iki raşidi xəlifələrdir. Bu müjdə Cabir ibn Səmurənin  hədisində də verilmişdir. Peyğəmbər  demişdir: "Ümmətimin on iki əmiri olacaqdır." Sonra Peyğəmbər mənim başa düşmədiyim bir söz dedi. Atamdan, "Nə dedi!" – deyə soruşdum. Atam dedi: "Onların hamısı Qureyşdən olacaqlar." Buxari və Muslim rəvayət ediblər.149

Digər rəvayətdə deyilir ki, "ümmətə hamısı qureyşdən olan on iki nəfər xəlifə başçılıq edən dövrdə ümmət izzətli olacaqdır."

Bu on iki nəfər xəlifə bunlardır: Əbu Bəkr, Ömər, Osman, Əli, Ömər ibn Əbdüləziz və bəzi Abbasi xəlifələr.

Bu on iki xəlifənin bir-birinin ardınca gəlməsi şərt deyil. Əsas onların mövcudluğudur.

Burada on iki xəlifə dedikdə şiə məzhəbinin – birincisi Əli ibn Əbu Talib, sonuncusu isə Samirrə sirdabında gözləyən Məhəmməd ibn əl-Həsən əl-Əskəri olmaqla – nəzərdə tutduğu on iki imam nəzərdə tutulmur. Onlardan yalnız Əli ibn Əbu Talib  xəlifə olmuşdur. Həsən ibn Əli də xilafətə gəlib və döyüşməkdən imtina edib xilafəti Müaviyəyə təslim etmişdir. Bununla o fitnə alovunu söndürmüş, müsəlmanların silahlarının bir-birlərinə qarşı işlədilməsinin qarşısını almışdı. On iki nəfərin digərləri isə sıravi müsəlmanlar olublar. Onlar heç bir işdə müsəlmanlara hökmranlıq etməyiblər. O ki, qaldı onların Samirrə sirdabında gözlədiklərinə, bu bir xəyaldır. Bu həqiqət deyildir.

Həcər İsmailı dünyaya gətirdikdə Saranın ona qarşı qısqanclıq hissləri çoxaldı. O İbrahimdən Həcəri ondan uzaq tutmağı tələb edirdi. İbrahim də onu və uşağını götürüb bu gün Məkkənin yerləşdiyi yerə gətirdi və onları orada tərk etdi.

Deyilənə görə o zaman onun övladı südəmər idi. O onları orada tərk edərək dönüb getmək istəyəndə Həcər ona yaxınlaşıb paltarından tutaraq dedi: "Ey İbrahim! Sən bizi burada qoyub hara gedirsən? Bizimlə kifayət qədər qida da yoxdur! İbrahim ona cavab vermədi. Həcər təkidlə soruşur İbrahim isə cavab vermirdi. Bunu görən Həcər dedi: Bunu sənə Allah əmr edibmi? İbrahim dedi: Bəli. Həcər dedi: Elə isə Allah bizi naçarə qoymaz!"




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin