Rəhman və Rəhim olan Allahın adı ilə


İBRAHİMİN , OĞLU İSMAİLİ  VƏ OĞLUNUN ANASI HƏCƏRİ GÖTÜRÜB NARAN DAĞLARINA (MƏKKƏ TORPAQLARINA) GƏTİRMƏSİ VƏ KƏBƏNİ İNŞA ETMƏSİ



Yüklə 3,81 Mb.
səhifə153/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   149   150   151   152   153   154   155   156   ...   532
İBRAHİMİN , OĞLU İSMAİLİ  VƏ OĞLUNUN ANASI HƏCƏRİ GÖTÜRÜB NARAN DAĞLARINA (MƏKKƏ TORPAQLARINA) GƏTİRMƏSİ VƏ KƏBƏNİ İNŞA ETMƏSİ
Buxari150 İbn Abbasdan  rəvayət edir ki, qadınlar ilk dəfə kəmər bağlamağı İsmailin anasından öyrəniblər. O Saraya yüngüllük gətirmək üçün belinə kəmər bağlayırdı151. Sonra İbrahim onu və südəmər oğlunu gətirib Kəbə evinin olduğu yerin yanına, məscidin yuxarı tərəfində zəmzəm quyusunun kənarındakı böyük ağacın altına qoydu. O zaman Məkkədə heç kəs yaşamırdı. Heç orada su da yox idi. İbrahim onları orada tərk etdi. Onlar üçün bir torba xurma və bir tuluq su saxladı. Sonra İbrahim üzünü çevirib yola düşdü. İsmailin anası onun arxasınca gəlib deyirdi: "Ey İbrahim! Bizi ins-cins olmayan bir vadidə tərk edib hara gedirsən?!" Həcər bir neçə dəfə bu sözləri təkrar etdi. İbrahim isə çönüb ona tərəf baxmırdı. Sonda Həcər dedi: "Bunu sənə Allah əmr edibmi?!" O dedi: "Bəli." Həcər: "Elə isə Allah bizi naümid qoymaz." – deyib geri qayıtdı.

İbrahim də öz yoluna davam etdi. O onların gözündən uzaqlaşıb dağın döşündə dayandı, üzünü Kəbəyə tərəf tutub, əllərini qaldıraraq bu duaları oxudu:



Ey Rəbbimiz! Mən nəslimdən bəzi­si­ni Sənin mühafizə olunan Evinin ya­xın­lığında, heç bir bitki olmayan bir va­didə sakin etdim. Ey Rəbbimiz! On­lar namaz qılsınlar deyə belə etdim. İn­sanların bir qisminin qəlbini onlara meylli et və onlara növbənöv məhsul­lar­dan ruzi ver ki, bəlkə şükür etsin­lər. (İbrahim: 37).
İsmailin anası onu əmizdirir və tuluqdakı sudan içirdi. Tuluqda su qurtardı. Həm o, həm də oğlu bərk susadı. Həcər uşağa baxır və onun susuzluqdan qıvrıldığını görürdü. O uşağın bu halını görməmək üçün ondan aralandı. Səfa dağının yaxın olduğunu görüb onun üzərinə çıxdı və vadiyə göz gəzdirdi, görək kimsə varmı? Amma heç kəsi tapa bilmədi. Səfa dağından enib vadinin ortasına çatdıqda paltarının ətəyini qaldırıb güclü insan qaçışı ilə qaçaraq vadinin digər tərəfinə keçdi və Mərva dağının üzərinə çıxdı ki, vadiyə göz gəzdirsin, görək kimsə varmı? Amma heç kəsi tapa bilmədi. O bunu yeddi dəfə təkrarladı.

İbn Abbas  deyir ki, Peyğəmbər  demişdir: "bu səbəbdən insanlar Səfa və Mərva dağları arasında sə`y edirlər." Həcər Mərva dağının üzərinə çıxdıqda bir səs eşitdi və öz-özünə dedi: Sakit! Diqqətlə qulaq asıb yenə də bir səs eşitdi və dedi: Sən özünü eşitdirdin, əgər bir köməyin varsa göstər. Bu zaman Həcər Zəm-zəm suyunun üzərində dayanmış mələyi gördü. O dabanı ilə, yaxud qanadı ilə yeri qazıdı və su göründü. Həcər isə suyun ətrafına torpaq toplayırdı. Ovucu ilə su götürüb tuluğa doldururdu. Su isə yerdən qaynayıb çıxırdı.

İbn Abbas  deyir ki, Peyğəmbər  demişdir: "Allah İsmailin anasına rəhmət etsin! Əgər o zəmzəmin qarşısını almasaydı – yaxud, ovucu ilə zəmzəmi götürməsəydi – bu gün zəmzəm böyük bir su mənbəyi olardı." Həcər sudan içdi və oğlunu da əmizdirdi. Mələk ona dedi: "Sən həlak olmaqdan qorxma. Burada Allahın evi olacaq. Onu bu uşaq və atası inşa edəcəklər. Allah öz sevimli bəndələrini həlak etməz." O zaman Kəbə evi təpə kimi, yerdən bir az hündürdə idi. Sel gələndə onun sağ və sol tərəflərindən axırdı.

Həcər Curhum qəbiləsindən bir ailə ilə rastlaşana qədər belə yaşadı. Onlar Kida yolu ilə gəlib Məkkənin aşağı hissəsində məskən saldılar. Səmada dövrə vuran quşu görüb dedilər: Bu quş yalnız suyun üzərində belə dövrə vura bilər. Amma biz bu vadini yaxşı tanıyırıq orada ki, su yoxdur! Onlar bir və ya iki nəfər elçi göndərdilər. Onlar gəlib orada su olduğunu gördülər və qayıdıb onlara da xəbər verdilər. Onlar su olan yerə gəldilər. İsmailin anası suyun kənarında idi. Onlar dedilər: Bizə sənin yanında məskən salmağa icazə verərsənmi? Həcər dedi: Bəli. Amma suyun hüququ sizə aid deyil. Onlar, bəli – deyib razılaşdılar. Abdullah ibn Abbas س deyir ki, Peyğəmbər  demişdir: "İsmailin anası ünsiyyəti sevdiyinə baxmayaraq bu şərti kəsdi."

Onlar orada məskən saldılar və ailələrinə də xəbər göndərdilər. Onlar da gəlib orada məskən saldılar. Qəbilənin bir çox adamı orada məskən salmışdı. Oğlan böyüdü və onlardan ərəb dilini də öyrəndi. O gənc yaşlarında onların ən yaxşısı və ən gözəli oldu. O böyüyüb başa çatdıqda bir qadınla onu evləndirdilər.

İsmailin anası vəfat etdi. İsmail evlənəndən sonra İbrahim nəsil-nəcabətinə baş çəkmək üçün gəldi. O İsmailı evdə tapmadı, arvadından onun harada olmasını soruşdu. O dedi: O qazanc dalınca gedib. Sonra İbrahim ondan dolanışıqları haqqında soruşdu. Qadın dedi: Biz də insanıq. Çətinlik və sıxıntı içində dolanırıq. Qadın güzəranından gileyləndi. İbrahim dedi: Ərin gələndə salamımı ona çatdır və de ki, qapısının astanasını dəyişsin. İsmail gəldikdə sanki nə isə hiss etdi və dedi: Evə kimsə gəlmişdi? Arvadı dedi: Bəli, bir nəfər belə-belə simalı qoca kişi gəlmişdi. O bizdən səni soruşdu və mən də sənin harada olduğunu dedim. Sonra dolanışığımız haqqında soruşdu. Mən isə ona çətinlik və sıxıntı içində yaşadığımızı dedim. İsmail dedi: Bəs nə isə tapşırdı? Qadın dedi: Bəli. O dedi ki, sənə salamını çatdırım və deyim ki, qapının astanasını dəyiş! İsmail dedi: O mənim atamdır. O səni boşamağımı əmr edib. Get ailənin yanına. Beləliklə arvadını boşadı və başqa bir qadın ilə ailə qurdu.

İbrahim bir müddət gəlmədi. Sonra yenidən onların yanına gəldi. Yenə də İsmailı evdə tapmadı. İsmailin arvadının yanına daxil olub onun haqqında soruşdu. Qadın dedi: O ruzi dalınca gedib. İbrahim dedi: Necəsiniz? Necə dolanırsınız? Qadın dedi: biz xeyir və bolluq içindəyik. Allaha şükürlər olsun. İbrahim dedi: Yeməyiniz nədir? Qadın dedi: Ət. Bəs içəcəyiniz nədir? Qadın dedi: Su. İbrahim dedi: "Ey Allahım! Onların ətini və suyunu bol et!" Peyğəmbər  demişdir: "O zaman onlar dənli bitkilərdən dolanmırdılar. Əgər dənli bitkilərdən dolansaydılar bunun üçün də dua edərdi."...

İbrahim dedi: Ərin gələndə ona salamımı çatdır və de ki, qapısının astanasını möhkəm saxlasın. İsmail gələndə dedi: Evə kimsə gəlmişdi? Qadın dedi: Bəli, bir nəfər gözəl simalı qoca kişi gəlmişdi. Qadın onu təriflədi və dedi: Məndən səni soruşdu. Mən isə sənin harada olduğunu dedim. Sonra necə dolandığımızı soruşdu. Mən dedim ki, biz xeyir içində yaşayırıq. İsmail dedi: Bəs o mənim üçün bir xəbər göndərdi? Qadın dedi: Bəli. Sənə salam göndərdi və dedi ki, qapısının astanasını möhkəm saxlasın. İsmail dedi: O atamdır. Astana isə sənsən. O əmr edib ki, səni saxlayım.

İbrahim bir müddət ara verdi və sonra yenidən onların yanına gəldi. İsmail zəmzəmin yaxınlığında böyük bir ağacın altında əyləşib ox itiləyirdi. İsmail atasını görüb qarşısına çıxdı. Onlar (uzun müddət bir-birini görməyən) ata və oğul kimi görüşdülər. Sonra İbrahim dedi: Ey İsmail! Allah mənə bir əmr edib. İsmail dedi: Elə isə Rəbbinin əmrini icra et! İbrahim dedi: Sən mənə kömək edərsənmi? İsmail dedi: Bəli, kömək edərəm. İbrahim əli ilə ətrafdakı təpəyə işarə edib dedi: Allah mənə burada ev tikməyi əmr edib. Beləliklə onlar evin bünövrəsini qaldırdılar. İsmail daş gətirir İbrahim isə tikirdi. Bina hündürə qalxdıqda (İbrahim məqamındakı) bu daşı gətirdi və onun ayağının altına qoydu. O daşın üzərinə çıxıb divarı hörürdü. İsmail isə ona daş verirdi. Onlar hər ikisi iş görə-görə bu sözləri deyirdilər: «Ey Rəbbimiz! Bunu bizdən qəbul et. Həqiqətən sən eşidən və bilənsən.» (əl-Bəqərə: 127). Onlar evi tikdikcə onun başına hərlənir və deyirdilər: «Ey Rəbbimiz! Bunu bizdən qəbul et. Həqiqətən sən eşidən və bilənsən.»

Bu hədis İbn Abbasın  sözləri ilə ifadə olunmuşdur. Hədisin bəzi məqamlarını Peyğəmbərə  nisbət etmiş, bəzi məqamları isə müəmmalı ifadələrlə deyilmişdir. Bu sanki İbn Abbasın  israiliyyatdan götürdüyü rəvayətlərin qarışığıdır. Orada həmçinin deyilir ki, o zaman İsmail südəmər uşaq idi.

O İbrahimin yalnız üç dəfə onlara baş çəkməsini deyir. Birinci dəfə İsmail evlənəndən və Həcərin ölümündən sonra gəldiyini deyir. Necə ola bilər ki, o uşağı körpə vaxtlarından tərk edib evlənənə qədər onlarla maraqlanmayıb?!

Deyilənə görə yer İbrahim üçün qısaldılırdı, bəziləri isə deyirlər ki, o onların yanına gələndə "Buraq"la152 gəlirdi. Bu təqdirdə necə ola bilər ki, o onlarla maraqlanmayıb. Axı onlar şiddətli ehtiyac və zərurət içindəydilər?!

Sanki bu hədisin bəzi məqamları israiliyyatdan götürülüb və Peyğəmbərin  bəzi kəlamları ilə qarışdırılıb. Orada heç İsmailin qurban kəsilməsini də qeyd etmir. Biz artıq əs-Saffat surəsinin təfsirində isbat etmişik ki, daha doğru fikir budur ki, qurban kəsilmək üçün təqdim olunan kəs İsmail idi.153


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin