Rəhman və Rəhim olan Allahın adı ilə


«102. O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda...»



Yüklə 3,81 Mb.
səhifə156/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   152   153   154   155   156   157   158   159   ...   532
«102. O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda...» Yəni gənc oldu, atası kimi öz işlərini müstəqil görmək qabiliyyətinə çatdı. Mücahid deyir: «102. O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda...» Yəni, gənc oldu, atasının gördüyü işlərin öhdəsindən gəlməyi bacardı. Oğlu bu yaşa çatdıqda İbrahim yuxuda gördü ki, ona bu oğlunu kəsmək əmr olunur. İbn Abbasdan س rəvayət olunan hədisdə deyilir ki, "Peyğəmbərin yuxuları da vəhy sayılır"154. Ubeyd ibn Umeyr də eyni sözləri söyləmişdir.155

Bu Uca Allah tərəfindən Xəlili İbrahim üçün hazırlanan bir sınaq idi. Görək o bu qoca vaxtında boya-başa çatmış əziz oğlunu qurban kəsəcəkmi?! O artıq bir dəfə əmri yerinə yetirib oğlunu və arvadını kimsəsiz bir yerdə, ins-cins olmayan, təsərrüfat olmayan çılpaq bir vadidə tərk etmişdi. O bunu Allaha tam inanaraq və təvəkkül edərək etmişdi. Allah da onlar üçün çıxış və qurtuluş yolu açmış, ağıllarına gəlməyən bir yerdən onlara ruzi vermişdi. Bütün bunlardan sonra oğlunu kəsməyi əmr etməsi, onu Allahın əmri ilə qarşı-qarşıya gətirdi. Axı İsmail onun ilk və yeganə əziz oğlu idi. Ondan başqa onun oğlu yox idi. Bütün bunlara baxmayaraq İbrahim Rəbbinin əmrini müsbət qarşılayıb dərhal onun icrasına keçdi.

O ilk öncə bunu oğluna bildirdi ki, qəlbinə bir qədər xoş gəlsin. Çünki, onun könüllü təslim olması zorla kəsilməsindən daha yüngül olardı. «İbrahim dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!"»

Həlim xasiyyətli oğul atası İbrahim Xəlili sevindirəcək ani cavabı verdi və dedi: «"Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən".» Bu cavab dəqiqliyin, valideynə və qulların Rəbbinə itaətkarlığın ali nümunəsi idi.

Uca Allah buyurur: «Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman» Onlar Allaha tam təslim olub əmrin icrasına başlayarkən bu zaman Allahdan nida gəldi: «"Ey İbrahim! 105. Artıq sən yuxunu təsdiq etdin!"» Yəni sənin sınağa çəkilməyindəki məqsəd hasil oldu. Sən itaət etdin və Rəbbinin əmrini dərhal icra etdin. Oğlunu qurban verdin, bir zamanlar öz cəsədini oda atmağa da razılıq verdin. Mal-dövlətini də qonaq-qara üçün xərclədin. Bu səbəbdən Uca Allah buyurur: «Həqiqətən də bu, açıq-aydın bir imtahandır.»

Uca Allah buyurur: «Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.» Yəni, biz bu qurbanı Allah tərəfindən bir rahatlıq olsun deyə oğlunun əvəzinə fidyə olaraq verdik.

Cumhur alimlərin məşhur sözlərinə əsasən bu rəngi ağ, gözlərinin ətrafı isə qara rəngli qoç idi. O qoçun Səbir adlanan yerdə bir kola bağlandığını gördü.

İbn Abbasın  qurbanlığın dağ keçisi olmasını deməsi, Həsən əl-Bəsrinin qurbanlığın Cərir adlı dişi keçi olmasını deməsi haqqındakı rəvayətlərin heç biri doğru deyildir.

Bu xüsusda deyilən rəvayətlərin əksəriyyəti israiliyyatdan götürülmüşdür. Qurani-Kərimdə baş verən mühüm hadisə, əvəzsiz imtahan və böyük fidyə haqqında kifayət qədər məlumat vardır.

Hədisdə156 deyilir ki, həmin qurban qoç idi. Safiyyə bint Şeybə deyir ki, Bənu Suleym qəbiləsindən olan və bütün şəhər camaatının doğuşunu qəbul etmiş bir qadın mənə xəbər verdi ki, Peyğəmbər  Osman ibn Talhanın yanına adam göndərdi. Sonra həmin qadın bir dəfə dedi ki, mən Osmandan soruşdum: Peyğəmbər  səni nə üçün çağırmışdı? O isə demişdi: Peyğəmbər  mənə dedi ki, "mən Kəbəyə daxil olanda qoçun buynuzlarını gördüm və sənə onları gizlətməyi deməyi unutdum. Onları gizlət. Məsciddə insanı yayındıran artıq heç nə olmamalıdır."

Sufyan deyir: "Məsciddə yanğın hadisəsi baş verənə qədər qoçun buynuzları orada asılı vəziyyətdə qalırdı. Yanğında onlar da yandılar".

İbn Abbasdan  da rəvayət olunur ki, "qoçun buynuzları Kəbənin navalçası tərəfdə asılı qalmış və qurumuşdu".




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin