İSHAQIN DÜNYAYA GƏLMƏSİ
Uca Allah buyurur:
112. Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
113. Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.» (əs-Saffat: 112-113).
İshaqın müjdəsi İbrahimə və Saraya mələklər tərəfindən çatdırılmışdı. Onlar küfr və günah işlərdə tüğyan edən Lut qövmünün yaşadığı əraziləri məhv etmək üçün gedərkən yollarını İbrahimin yanından salmış və onlara müjdə vermişdilər. İnşəllah qarşıda bu haqda məlumat veriləcəkdir.
Uca Allah buyurur:
69. Həqiqətən, elçilərimiz İbrahimə müjdə gətirib: “Salam!” – dedilər. (İbrahim də: ) “Salam!” – deyə cavab verdi və dərhal qızarmış bir buzov gətirdi.
70. (İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: “Qorxma, biz Lut tayfasına göndərilmişik!”
Dostları ilə paylaş: |