55. (Mələklər:) “Biz sənə doğru xəbərlə müjdə veririk. Ümidini üzənlərdən olma!” – dedilər.
56. (İbrahim) dedi: “Haqq yoldan azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?!”» (Hicr: 51-56). Başqa bir ayədə deyilir:
24. İbrahimin möhtərəm qonaqlarının söhbəti sənə gəlib çatdımı?
25. Onlar İbrahimin yanına gəlib salam verdikdə, (İbrahim) salamı alıb (öz-özünə): “Bunlar tanımadığım kimsələrdir!” – dedi.
26. O ailəsinin yanına getdi və bir buzov gətirdi.
27. Onu qabaqlarına qoyub: “Bəlkə, yeyəsiniz!” – dedi.
28. (İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər.
29. Zövcəsi çığır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq dedi: “Mən qoca, qısır bir qarıyam!”