Rəhman və Rəhim olan Allahın adı ilə


Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı



Yüklə 3,81 Mb.
səhifə162/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   158   159   160   161   162   163   164   165   ...   532
35. Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!

36. Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, Sən bağışlayansan, rəhm edənsən!

37. Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini Sənin Beytülhəramının yaxınlığında, əkin bitməz bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Onlara meyvələrindən ruzi ver ki, şükür edə bilsinlər!

38. Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz!

39. İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir!

40. Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin