BEYTÜL ƏTİQİN (KƏBƏNİN) İNŞASI
26. Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün təmizlə!”
27. İnsanları həccə çağır ki, onlar sənin yanına piyada və hər uzaq yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə gəlsinlər. (əl-Həcc: 26-27).
96. Həqiqətən, insanlar üçün ilk bina olunan ev Bəkkədəki (Məkkədəki) evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.
97. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə əlbəttə, Allah aləmlərə möhtac deyildir! (Ali İmran: 96-97).
124. Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, bu sözləri tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam təyin edəcəyəm”, – dedi. (İbrahim isə:) “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında:) “Zalımlar mənim əhdimə nail olmazlar”, – buyurdu.
Dostları ilə paylaş: |