125. Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab və əmin-amanlıq yeri etdik. “İbrahimin durduğu yeri namazgah edin!”. İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin! – deyə tövsiyə etdik.
126. Yadına sal ki, İbrahim; “Ey Rəbbim, buranı bəladan uzaq bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!" – deyə dua etdikdə, O: “Kafir olanlara da bir qədər ruzi verərəm, lakin sonra da Cəhənnəm əzabına düçar edərəm. Amma ora nə fəna bir yerdir!” – deyə buyurdu.