And olsun ki, Biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi və kitabı onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə fasiqlərdir! (əl-Hədid: 26).
İbrahim Xəlildən sonra səmadan özünə bir kitab göndərilən hər peyğəmbər onun nəslindən və tərəfdarlarından olmuşdur. Bu əvəzolunmaz məziyyət, əlçatmaz Uca məqamdır. Çünki onun nəslini daşıyacaq iki əzəmətli oğlan uşağı doğulmuşdu. Həcərdən İsmail, Saradan isə İshaq dünyaya gəlmişdi. Onun da Yaqub adlı övladı olmuşdu. O bütün nəslin nisbət olunduğu İsrail idi. Peyğəmbərlik onların nəslində qalmışdı. Onlar o qədər çox idilər ki, saylarını onları göndərəndən və peyğəmbərlik bəxş edəndən başqa heç kəs bilməz. İsrail nəslinin sonuncu peyğəmbəri Məryəm oğlu İsa oldu.
İsmaildən isə müxtəlif qəbilələrə ayrılmış ərəblər artıb-törədilər. Onun nəslindən yalnız bir peyğəmbər çıxmış, bütün peyğəmbərlərin sonuncusu və ağası olmuşdur. Adəm övladının dünya və axirətdəki fəxri əvvəlcə Məkkəli, sonra Mədinəli olan Muhəmməd ibn Abdullah ibn Əbdülmüttalib ibn Haşim əl-Qurəşi (Qureyşi) əl-Haşimidir.
Şərəfli nəsil şəcərəsində onun qədər dəyərli cəvahirat, gözəl inci dənəsi, boyunbağının orta qaşı qədər qiymətlisi olmamışdır. O, toplumun fəxr edəcəyi yeganə ağadır. Qiyamət günü də hər kəs ona qibtə edəcəkdir.
Səhih Muslimdə177 rəvayət olunan hədisdə Peyğəmbər belə deyir: "Qiyamət günü elə bir məqamda olacağam ki, İbrahim də daxil olmaqla, hər kəs o məqamı arzulayacaqdır". O, bu məna ilə babası İbrahimi çox mədh etdi. Onun sözləri, bu dünyada və baldırın açılacağı gündə (Qiyamətdə), Yaradan qatında özündən sonra ən əfzəl insanın İbrahim olduğunu ifadə edirdi.
İbn Abbas deyir ki, Peyğəmbər Həsən və Hüseyn üçün ovsun duası oxuyar və deyərdi: "Babanız bu dua ilə İsmail və İshaq üçün ovsun oxuyardı: "Əuzu bikəlimətilləhi-t-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmmətin". (Sizin hər bir şeytan və həşəratın şərindən, hər bir pis gözdən qorunmanızı Allahın tam kəlamlarını ilə Ona pənah aparıram).178
Uca Allah buyurur:
Dostları ilə paylaş: |