İBRAHİMİN VƏSFİ
İmam Əhməd,205 Cabirə istinadən rəvayət edir ki, Peyğəmbər belə demişdir: "Peyğəmbərlər mənə göstərildi. Musa nümunəvi bir kişi idi. Sanki Şənuə qövmünün kişilərindən (yəni, ucaboylu) idi. Sonra Məryəm oğlu İsanı gördüm. Ona ən çox oxşar hesab etdiyim adam Urva ibn Məsuddur. İbrahimi də gördüm. Ona ən çox oxşar hesab etdiyim kimsə bu yoldaşınızdır (burada özünü nəzərdə tuturdu). Sonra Cəbrayılı da gördüm. Ona ən çox oxşar hesab etdiyim Dihyədir".
İmam Əhməd206 İbn Abbasa istinadən Peyğəmbərin belə dediyini rəvayət edir: "Məryəm oğlu İsanı, Musanı və İbrahimi gördüm. İsa qırmızı dərili, qıvrım saçlı, enli kürək idi. Musa isə canlı-cüssəli idi". Oradakılar: Bəs İbrahim necə idi? – deyə soruşduqda, o (özünü nəzərdə) tutub dedi: "Yoldaşınıza baxın, belə idi".
İbrahimin birinci övladı Misirli Qibti Həcərdən dünyaya gəlmiş İsmail idi.
Sonra əmisi qızı Saradan İshaq adlı övladı oldu.
Sonra Kənanilər qəbiləsindən olan Yəqtun qızı Qəntura ilə evləndi. Ondan altı övladı oldu: Mədyan, Zəmran, Şuha, Yəqşan və Yəşbaq. İbn Abbas altıncının adını çəkməyib207.
Sonra Əminin qızı Həcun ilə evləndi. Ondan da beş uşağı oldu: Kəysan, Surəc, Umeym, Lutan və Nafis..
Bu məlumatları Əbul-Qasim əs-Suhəli "ət-Tərif vəl-İlam" adlı kitabında qeyd etmişdir208.
LUT PEYĞƏMBƏR
b rahim Xəlilin həyatında baş verən böyük hadisələrdən biri Lut tayfasının hekayəsi və onlara göndərilən bəla idi.
Dostları ilə paylaş: |