84. Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör (Allaha asi olan, peyğəmbərləri inkar edən) günahkarların axırı necə oldu!(əl-Əraf: 80-84). Hud surəsində isə belə deyilir:
69. Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın anadan olacağı xəbərini) gətirib: “Salam!” – dedilər. (İbrahim də:) “Salam!” – deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi.
70. (İbrahim qonaqların) əllərinin yeməyə uzanmadığını gördükdə, onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: “Qorxma (biz Allahın mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!”
71. (İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla müjdələdik.