|
|
səhifə | 189/532 | tarix | 01.01.2022 | ölçüsü | 3,81 Mb. | | #103049 |
| 71. (Lut) dedi: “Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə (buyurun, onlarla evlənin)!”
72. (Ey Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər).
73. Şəfəq doğanda o dəhşətli (tükürpədici) səs onları bürüdü.
74. Onların altını üstünə çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq.
75. Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!
76. Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır!
77. Bunda möminlər üçün, sözsüz ki, bir ibrət vardır! (əl-Hicr: 51-77)
Əş-Şuəra surəsində deyilir:
160. Lut tayfası da peyğəmbərləri təkzib etdi.
Dostları ilə paylaş: |
|
|