57. Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız arvadını (əzab içində) qalanlardan olmasını təqdir etdik.
58. Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbərlər vasitəsilə Allahın əzabından) qorxudulanların yağışı nə yaman imiş! (ən-Nəml: 54-58). Əl-Ənkəbut surəsində deyilir:
28. (Ey Rəsulum!) Lutu da (yad et)! Bir zaman o öz qövmünə demişdi: “Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz?
29. Həqiqətən siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq, mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə (bir-birinizlə) çirkin iş görürsünüz?” Tayfasının (Lutun sözlərinə) cavabı ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” – deməkdən ibarət oldu.