Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə197/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   193   194   195   196   197   198   199   200   ...   532
39. (Onlara:) “İndi əzabımı və təhdidlərimi dadın!” (dedik).

40. And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! (əl-Qəmər: 33-40).

Adı çəkilən hər surəni "Təfsir" kitabımızda şərh edərkən bu hekayələr haqqında da orada danışmışıq.

Uca Allah Lut peyğəmbəri və qövmünü Quranın digər surələrində də qeyd etmişdir. Nuh, Ad və Səmud haqqında danışarkən həmin ayələri qeyd etmişdik. Burada məqsəd onların etdikləri əməlləri və qarşılaşdıqları cəzaları ayələr və hədislərdən xülasə edib ərz etməkdir. İmdad Allahdandır.

Lut peyğəmbər qövmünü heç bir şəriki olmayan Allaha ibadət etməyə çağırıb etdikləri çirkin işlərdən uzaq durmağa dəvət etdikdə onun çağırışını qəbul etmədilər, ona iman gətirmədilər. Hətta aralarından bir nəfər də olsun ona iman gətirmədi. Heç qadağan olunduqları işdən də əl çəkmədilər. Onlar əvvəlki əməllərini davam etdirir, azğınlıqlarının və çirkin işlərinin aqibətini göz önünə gətirmirdilər. Bu azmış kimi, peyğəmbərlərini yaşadıqları ərazidən qovmağı düşünürdülər. Dəvət qarşısında onların cavabı belə oldu: «“Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!”» (ən-Nəml: 56). Onlar əslində tərifəlayiq bir işi, sürgün edilməyə əsas verən məzəmmət olunacaq bir əməl kimi qələmə verdilər. Onları bu sözləri ifadə etməyə vadar edən inadkarlıqları və tərslikləri idi. Uca Allah, arvadı istisna olmaqla Lutu və ailəsini paklığa qovuşdurdu, onları yaşadıqları yerdən ən gözəl surətdə çıxartdı. Lut tayfasının yaşadığı yeri nəhəng dalğalarla müşayiət olunan iylənmiş bir gölə çevirdi. Bu göl həqiqətdə onlar üçün suyu şor, alovlanan atəş və qaynar istilik idi. Onlara verilən bu cəza gördükləri böyük qəbahətin, çirkinliyin aqibəti idi. Halbuki onlardan öncə heç kəs belə bir iş etməmişdi. Elə buna görə onların aqibəti bir nümunə və ibrət dərsi oldu.

Onlar bununla yanaşı quldurluqla məşğul olur, dosta xəyanət edir, ictimai toplantılarda çirkin söz və əməllər edirdilər. Hətta deyilənə görə onlar yığıncaqlarında aşkar yel çıxarır, bir-birlərindən utanmırdılar. Bəlkə də onlar bunu böyük toplantılarda da edirdilər. Onlar heç kəsin xəbərdarlığına məhəl qoymur, aqil insanların nəsihətini dinləmirdilər. Onlar bu və digər işlərdə heyvan kimi, bəzən daha dəhşətli olurdular. Onlar nə keçmişdə etdiklərinə peşman olur, nə də hazırda etdiklərindən əl çəkmir, heç gələcəkdə də bundan əl çəkməyi düşünmürdülər. Buna görə Uca Allah onları şiddətli bir əzabla yaxaladı.

Qövmü Luta deyirdi: «“Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!”» (əl-Ənkəbut: 29). Tayfası ondan vəd etdiyi şiddətli əzabın, amansız intiqamın gətirilməsini istəyirdi.



LUTUN  QÖVMÜNƏ QARŞI ETDİYİ DUASI
Bu sözlərdən sonra səxavətli peyğəmbərləri onlar üçün bəd dua etdi, aləmlərin Rəbbindən və göndərilən peyğəmbərlərin İlahından fitnə-fəsad törədən qövmünə qalib gəlmək üçün imdad dilədi. Uca Allah peyğəmbərinin qeyrəti ilə qeyrət edərək, qəzəbi ilə qəzəblənərək onun duasını qəbul etdi və istədiyini ona verdi. Öz elçilərini, səxavətli mələklərini oraya göndərdi. Onlar İbrahim Xəlilə baş çəkərək elmli bir övladla onu müjdələdilər. Sonra icrasına göndərildikləri böyük iş haqqında ona xəbər verdilər. «31. (Sonra İbrahim) dedi: “Ey elçilər! Sizin işiniz nədir?” 32. Onlar dedilər: “Biz günahkar bir qövmə (Lut tayfasına cəza verməyə) göndərilmişik. 33. Onların başına gildən daşlar yağdırmaq üçün (gəlmişik). 34. (Elə daşlar ki, onlara pozğunluqla məşğul olub) həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!”» (əz-Zariyat: 31-34). Digər ayədə deyilir: «31. Elçilərimiz (mələklər) İbrahimə (İshaqın, sonra da Yəqubun doğulacağı barədə) müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdırlar” – dedilər. 32. (İbrahim) dedi: “Orada (onların içində Allahın mömin bəndəsi) Lut da var!” Onlar: “Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O (əzab içində) qalanlardan olacaq!” – deyə cavab verdilər.» (əl-Ənkəbut: 31-32).


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin